"Qazaxıstanlı həmkarlarınıza müsahibəmdə bildirmişəm ki, "Qarabağ" məsələsi mənim üçün açıq qalır. Bundan artığını yox".
Bu fikirləri Azərbaycan millisinin futbolçusu Riçard Almeyda söyləyib.
Almeyda son ilyarımı "Qarabağ"da icarədə çıxış edib. İndisə o, artıq "Astana"nın da futbolçusu sayılmır. Çünki Almeyda "Astana"yla müqaviləsini ləğv edib, "Qarabağ"la da anlaşması bitib. Hazırda sərbəst futbolçu olan Riçard "Qarabağ"la məsələsinin hələ də açıq olması səbəbindən danışıb: "Bəzi mətbu qurumları yazır ki, klub mənə 1,5 illik müqavilə təklif edir, mən isə 2,5 illik anlaşma imzalamaq istəyirəm. Bu, həqiqətəuyğun deyil. Müqavilənin müddəti problem deyil. Klubla maliyyə məsələsində hələ ümumi razılığa gələ bilmirik. Bu, qətiyyən o demək deyil ki, "Qarabağ", yaxud Qurban Qurbanova hörmət etmirəm. Futbolda uğurlarımın çoxu "Qarabağ"ın sayəsindədir. Qurban Qurbanov həmişə mənə inanaraq oynamağa şans verib. Mən də öz növbəmdə onun etimadığını doğrultmağa çalışdım".
30 yaşlı yarımmüdafiəçi başqa klublardan təkliflərinin olduğunu gizlətməyib: "Bəli, təkliflər gəlir. Onu deyə bilərəm ki, karyeramı Braziliyada davam etdirmək variantım var. Hələ yekun qərar qəbul etməmişəm. Gözəl başa düşürəm ki, "Qarabağ"ı yeni komandaya dəyişsəm, hər şeyə yenidən başlamaq lazımdır və bu, asan olmayacaq. "Qarabağ"da uzun müddətəm, bütün ab-hava mənə tanışdı, baş məşqçi mənə etimad göstərir. Ola bilər ki, yeni komandada maraqlı olacaq. Axı, peşəkar baxımından faydalı olduğunu sübuta yetirmək lazımdır. İstəmirəm ki, növbəti addımım səhv osun".
Maraqlıdır, Riçard Azərbaycandan getsə, millimizdə çıxışını davam etdirəcəkmi? "Karyeramı hansı ölkədə davam etdirməyimdən asılı olmayaraq, həmişə Azərbaycan millisinin formasını sevinclə geyinəcəyəm. Azərbaycana sevgim bitmir. Bu ölkə məni və ailəmə böyük qucaq açaraq qəbul etdi. Hələ ki, milliyə çağırılaramsa, daim Azərbaycan üçün sevinclə oynayacağam. Ola bilər ki, karyeramı bitirəndən sonra Bakıya birdəfəlik köçərək burda da yaşadım. Hadisələrin bu axarını istisna etmirəm" (Footbal24.az)
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov