Cənubi Afrika mətbuatında Hendrik Ekşteynin “Sabah”ı tərk etməsi haqda yazı dərc edilib.
Paytaxt təmsilçisi bu günlərdə afrikalı futbolçu ilə qarşılıqlı razılaşma ilə yolları ayırdığını elan edib. Bunun səbəbləri haqda məlumat verilməyib. 28 yaşlı futbolçu bu ilin yayından “Sabah”da çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.
Qol.az xəbər verir ki, futbolçuya yaxın mənbə “The Citizen” nəşrinə bildirib ki, Ekşteynin bu gözlənilməz addımı onun başqa klublardan (ad açıqlanmır – red.) aldığı təkliflərlə bağlıdır.
“Bu qərar bizi şoka saldı. Ona görə ki, Hendrik orada futboldan həzz alırdı. O, klubunun əsas oyunçularından idi. Özünü yaxşı tərəfdən göstərə bilmiş və azarkeşlərin sevimlisinə çevrilmişdi. Bir çox klub Ekşteynin oyununu izləyir və ona təkliflər irəli sürmüşdü. Biz düşünürdük ki, o, mövsümün sonuna qədər klubunda qalacaq. Amma futbolçu başqa qərar verdi” – deyə mənbə bildirib.
Ekşteynin karyerasını Cənufi Afrikada davam etdirəcəyi ehtimal olunur.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı