"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?
- Bütün görüşlər çətin keçir. Hamı bilir ki, bütün komandalardan üstün olan yalnız "Qarabağ"dır. Futbolçuların keyfiyyəti və digər məsələlərin hamısı onlarda fərqlidir. Amma digər kollektivlər eyni səviyyədədir. 7 komandanın 7-si də Avroliqa üçün oynayır. İstəyərdim ki, vurduğum qol qələbə gətirsin. Amma qismət belə imiş. İnşallah, Növbəti görüşlərdə 3 xal qazanarıq.
- Vurduğunuz qoldan sonra əsgər salamı verdiniz. Bunu Türkiyə ordusuna dəstək üçün etdiniz?
- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadır. Həm onlara görə belə etdim, həm də öz əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!
- Əslində, heç-heçə pis nəticə deyil. Sadəcə 90+2-ci dəqiqədə top buraxdınız, həm də xeyli qol imkanın qaçırdınız...
- Matç bitəndən sonra oturub 5 dəqiqə düşündükdə, oyunu analiz edirsən. İmkanlarımız var idi. Amma "Sabah"ın da şansları çox idi. 2 topları qapı dirəyindən döndü. Məncə, ustalıq səviyyəsi artsaydı, ilk qoldan sonra 2-ci topu da vurmaq olardı. Həm də, Ruslanın və Sezarın zədəsi var idi. Həftə ərzində mən də xəstə halda məşq edirdim. Mənə də çətin oldu. Qol əlavə olunmuş dəiqiqədə vurulduğuna görə pis oluruq.
- Növbəti turda rəqibiniz "Qəbələ"dir...
- "Qəbələ" həqiqətən də döyüşkən, mübariz və istəkli komandadır. Nə rahatıq, nə də narahat. Sadəcə, çıxıb, öz oyunumuzu oynayıb, 3 xal qazanmaq istəyirik.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində