“Rəqib layiqli qələbə qazandı. Buna baxmayaraq, komandamızdan razı qaldım”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 7-ci turunda bu gün "Neftçi" ilə səfər matçından sonra mətbuat konfransında deyib.
O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Standart vəziyyətdən 2 qol buraxdıq. Halbuki onların ən üstün cəhətinin bu olduğunu bilirdik. Buna görə oyunçulara tapşırıq verilmişdi, sadəcə, futbolçularımız diqqətsizliyə yol verdi. İlk dövrənin ümumi nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi. Yaranmış fasilədən istifadə etməyə çalışacağıq”.
Hacıyev komandasında inkişaf hiss etdiyini bildirib: "İndi oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Avroliqada fərqli, çempionatda fərqli heyətlə çıxış etdik. Turdan-tura artırmaq lazımdır. Oyunumuzda inkişaf hiss olunur. Düşünürəm ki, bu gün də azarkeşlər oyundan həzz aldılar. Xüsusi bir dəyişikliyə ehtiyac yoxdur. Oyunçu ala bilsək, daha rəqabətli komanda ola bilərik".
Aftandil Hacıyev lider "Qarabağ"la "Neftçi"ni müqayisə edib: “Qarabağ” topla oynamağı sevirsə, “Neftçi” atletik oyun göstərir. “Qarabağ” topla oynamağa imkan vermirsə, “Neftçi”yə qarşı bu baxımdan elə böyük fərq olmur. Amma bu o demək deyil ki, “Neftçi” “Qarabağ”dan zəifdir. Fərqli üsluba malik komandalardır, hər birinin üstün cəhətləri var".
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”