“Bakılı oğlanlar” (“Parni iz Baku”) şən və hazırcavablar klubu Azərbaycanın hazırkı futbol sistemi və milli komandanın durumunu yumoristik formada tənqid edən çarx hazırlayıb.
Qol.az-ın xəbərinə görə, çarxda klubun üzvü Tahir İmanov jurnalist kimi Bakıda “açılan” “Krossovka piri”ndən reportaj hazırlayır.
“Azərbaycan futbolu özünün yaxşı günlərini yaşamır. Milli komanda yalnız Antarktidaya uduzmayıb. Bununla əlaqədar Azərbaycanın paytaxtı Bakıda “Krossovka piri” adlı ziyarətgah açılıb” – deyə T.İmanov bu sözlərlə “reportaja” başlayır.
Bu zaman o, şərti adı Baxruddin Baxruddinov (Bəhram Bağırzadə) olan pir sahibi ilə müsahibə etməyə başlayır. Müsahibədə Bəhram əlindəki krossovkanı göstərərək deyir: “Bu, böyük Azərbaycan futbolçusu Anatoli Banişevskinin krossovkasıdır. Mən bunu 1966-cı ildən qara gün üçün saxlamışam. Bu gün Azərbaycan futbolunun qara günüdür”.
Daha sonra Baxruddin Baxruddinov futbolumuzun uğur qazanması üçün “futbolçuları” “krossovka”nın altından keçməyə çağırır və əlavə edir: “Adə, Ponomaryovun şortikini gətir”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində