Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu zamanı hər iki komandanın yerli və xarici azarkeşlərinin dəstək aksiyası üçün xüsusi yerlər ayrılıb.
Qol.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Meriya sözçüsü qeyd edib ki, bunun üçün şəhərin mərkəzi hissəsində azarkeşlərə 3 ərazi təqdim edilib: “Çelsi” komandasının əcnəbi azarkeşləri üçün Sahil bağında, “Arsenal”ın xarici azarkeşləri üçün isə Qış Bulvarında xüsusi ərazi ayrılıb. Hər iki komandaya azarkeşlik edən yerli sakinlər üçün isə Dənizkənarı Milli Parkda yer nəzərdə tutulub”.
İ.Kərimov bildirib ki, həmin ərazilərdə AFFA tərəfindən xüsusi monitorlar və digər avadanlıqlar quraşdırılacaq. Azarkeşlərin şəhərdə futbolu canlı izləmək şansları da olacaq.
Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reyslərlə gətiriləcək.
Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn “Çelsi” və “Arsenal” azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.
Qeyd edək ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda “Çelsi” ilə “Arsenal komandaları qarşılaşacaq.
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi