"Bakıda hamı mehribandır. Kömək istəyəndə dərhal yardım edirlər”.
Qol.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında Rusiyanı təmsil edən erməni gimnast Qarsevan Canazyan jurnalistlərə açıqlamasında deyib.
Bacısı Duxik Canasyanla birlikdə yarışda iştirak edən idmançı paytaxtımız haqqda təəssüratlarını bildirib. O, Bakıda təhlükəsizliklərinin yüksək səviyyədə təmin olunduğunu qeyd edib: "Bakıda bizi hər şey qane edir. Ona görə də bura gəlmişik. Bakını gəzmişik, çox gözəldir və tam sərbəst dolaşa bilirik. Avropa çempionatında məqsədmiz təmsil etdiyimiz ölkənin idman şərəfini qorumaq, bayrağını yüksəltməkdir. Bacımla "üçlük"də çıxış edirik. Mən həm də areodans proqramında 8 nəfərlik komandada çıxış edirəm".
"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avroliqanın finalında "Çelsi" ilə keçiriləcək oyun üçün Bakıya gəlməkdən imtina etməsinə münasibət bildirən Q.Canazyan növbəti dəfə Azərbaycanın təhlükəsiz ölkə olduğunu bildirib: "İnsanlar müxtəlif fikirdə olur. Azərbaycan tam təhlükəsiz ölkədir. Ona görə də biz buradayıq".
D.Canazyan isə əlavə edib: "Mən Mixtaryanın yerində olsaydım, Bakıya gələrək komandamızın yanında olardım və onu dəstəkləyərdim".
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video