"Başakşəhər"dən növbəti qələbə - Türkiyə Superliqası

"Başakşəhər"dən növbəti qələbə - Türkiyə Superliqası
DÜNYA FUTBOLU 8 Aprel 2019 / 00:25 3550
-  A +

Türkiyə Superliqasında 27-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, lider "Başakşəhər" bu tur doğma meydanda "Konyaspor"la qarşılaşıb. Görüş İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura sabah keçiriləcək "Beşiktaş" - "Rizəspor" oyunu ilə yekun vurulacaq.

7 aprel

"Başakşəhər" - "Konyaspor" - 2:0
Qollar:
M. Mossoro, 50 (1:0), E. Visça, 69 (2:0)

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 61-ə çatdıran "Başakşəhər" zirvədəki yerini qoruyub. Abdullah Avcının komandasını ən yaxın izləyicisi "Qalatasaray"dan 6 xal ayırır. "Konyaspor" isə 35 xalla 9-cu sırada yer alıb.

Son xəbərlər