"Yuventus" Remzi ilə müqavilə imzaladı

"Yuventus" Remzi ilə müqavilə imzaladı
DÜNYA FUTBOLU 12 Fevral 2019 / 00:10 2893
-  A +

“Yuventus” “Arsenal”ın futbolçusu Aaron Remzinin transferini rəsmən açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, uelsi yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti və detalları haqda məlumat verilməyib.

Remzi bu il iyulun 1-də - “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq.

Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyuna 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi