“Bakı” Futbol Klubunun yaradıcılarından biri, klubun sabiq birinci vitse-prezidenti Nail Əliyev almaniyalı mütəxəssis Vinfrid Şeferin “zolaqlılar”ın baş məşqçisi təyin olunmasına münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində Nail Əliyev Şeferi seçmələrinin səbəbini belə izah edib: “Namizədlər çox idi. Məsləhət və şəxsi ünsiyyətdən sonra klub rəhbərliyi Şeferin namizədliyini dəstəklədi. Şəxsən mən Foqts və Gede faktorundan ehtiyatlanırdım. Şəxsi görüş və uzun söhbətlərdən sonra əmin oldum ki, Şefer təmiz başqa insandır. O öz işini gözəl bilən, məsuliyyətli, yüksək dərəcəli peşəkar, ziyalı insandır. Bir misal gətirim. Şefer Kamerun millisinin baş məşqçisi olduğu dövrdə yerli klubların oyunlarını izləyirdi. 500 kilometr ərazini qət edərək ölkənin o biri başına gedir, cəncərliklərdə, 50 dərəcə istidə oyunçu seçimi edirdi”.
N.Əliyev transfer çalışmaları barədə də fikirlərini bölüşüb: “Avroliqaya bir ay qalıb, vaxtımız çox azdır. “Bakı”ya 5 səviyyəli legioner lazımdır. “18-liy”ə düşə bilməyən səviyyəsiz legionerlərdən qurtulmaq vaxtıdır. Moskva biabırçılığı təkrarlanmamalıdır. Moskvada həmin vaxt komandaya yeni cəlb oyunçular özlərini göstərə bilmədilər. Komanda həmin turnirə hazır deyildi. Şeferin gəlişiylə “Bakı”da yeni dönəm başlayır. İnanıram ki, bu proses Azərbaycan futboluna böyük təkan verəcək”.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd