Seneqalın apellyasiya şikayəti qeydə alındı

Seneqalın apellyasiya şikayəti qeydə alındı
DÜNYA FUTBOLU 25 Mart 2026 / 20:41 419
-  A +

Seneqal Futbol Federasiyası (FSF) 2025-ci il Afrika Millətlər Kubokunun (AFCON) finalı ilə bağlı CAF-ın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

QOL.az xəbər verir ki, CAS-ın məlumatına görə, Seneqal tərəfi Afrika Futbol Konfederasiyasının martın 17-də Mərakeş yığmasına 3:0 texniki qələbə verilməsi qərarının ləğvini tələb edib. Turnirin finalında Seneqal millisi meydanda Mərakeşə 1:0 hesabı ilə qalib gəlmişdi, lakin daha sonra CAF nəticəni ləğv edərək qələbəni rəqib komandaya vermişdi.

FSF həmçinin CAF-ın əsaslandırılmış qərarını açıqlayana qədər şikayət müddətinin dayandırılmasını xahiş edib. CAS-ın icraçı direktoru Matye Ribin sözlərinə görə, qurum tərəflərin hüquqlarını qoruyaraq işi ən qısa zamanda araşdıracaq.

Qeyd edək ki, hazırda iş üzrə arbitr heyəti təyin olunur və tərəflərin arqumentlərini təqdim etmək üçün 20 gün vaxtları var.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner