Bakıda təşkil edilən cüdo üzrə dünya çempionatında bu gün növbəti görüşlər keçirilib.
Qol.az-ın xəbərinə görə, Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb.
Kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparıb.
Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayıb. O, 1/32 finalda almaniyalı Amelie Stollla qarşılaşıb və məğlub olaraq mübarizəni erkən dayandırıb.
73 kq çəki dərəcəsində Rüstəm Orucov ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, 1/32final görüşündə 1 dəqiqə 22 saniyəyə ipponla qələbə qazanıb.
Avropa çempionunun 1/16 finalda rəqibi Viktor Skvortsovla qarşılaşıb. 27 yaşlı idmançı 1/16 final mərhələsində BƏƏ-dən olan Viktor Skvortsova qalib gəlib. O, 1 dəqiqə 19 saniyəyə ipponla qələbə qazanıb. Orucovun növbəti rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olub. 8 dəqiqə 35 saniyəyə davam edən görüşün əlavə vaxtında monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.
73 kq çəkidə mübarizə aparan digər cüduçomuz Hidayət Heydərov da turnirə qələbə ilə başlayıb.
O, ilk görüşündə iraqlı Sajjad Seheni yenib. Heydərov rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olub. 21 yaşlı idmançı 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanıb. Heydərov 1/8 finalda tacikistanlı Behruzi Xojazoda qalib gəlib.
İdmançımız 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazari xalı ilə üstələyib. Finala gedən yolda Heydərovun rəqibi yaponiyalı dünya çempionu Soiçi Haşimoto olub.
Yarımfinal görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Lakin əlavə vaxtda Haşimoto ipponla qələbə qazanaraq, finala yüksəlib. Heydərov isə bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşıb. Qarşılaşmanın əlavə vaxtında qalib gələn Heydərov bürünc medala sahib olub. Bu, cüdoçularımızın Bakıda keçirilən dünya çempionatında ilk medalıdır.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam