Bu gün Azərbaycanın istedadlı telejurnalistlərindən olan Altay Əliyevin doğum günüdür. 32 yaşını tamamlayan həmkarımız jurnalistika fəaliyyətinə «525-ci qəzet»də başlayıb, sonra karyerasını Azərbaycan dövlət televiziyasında davam etdirib.
Altay Əliyev teleşərhçiliyə başlayan ilk gündən tamaşaçıların rəğbətini qazanmağı bacarıb. Özünəməxsus aparıcılıq tərzilə seçilən A.Əliyev bu gün televiziya sahəsində fəaliyyət göstərməsə də, azarkeşlərin qəlbində özünə yer tapa bilib. Təsadüfi deyil ki, bu gün Altayın yeri idman telejurnalistikasında görünməkdədir və hələ uzun müddət görünəcək də.
- Ad günümü ailəmlə birlikdə keçirəcəyəm - doğum günü Qol.Az-a danışan A.Əliyev belə deyir - Çox sağ olsunlar, istər dost-tanışlar, istərsə də azarkeşlər səhərdən təbrik edirlər. Zənglərin arası kəsilmir. Son 7 ildə ilk dəfədir rahat bir şəkildə doğum günümü qeyd edirəm.
- Son 1 il sənin üçün daha çox nə ilə yadda qaldı?
- Ötən ilin yayında avrokublarda “Qarabağ” və “Bakı”nın oyunları, milli komandamızın Rusiya və Lixtenşteynlə keçirdiyi görüşlər, eyni zamanda futzal millimizin Avropa çempionatında əldə etdiyi nəticələr karyeramda yaddaqalan hadisələr oldu. Şəxsi həyatımda isə 1 ay bundan əvvəl yeni era başladı. Bu fikri 2 cür izah edərdim. Axır ki, çox düşünüb sağlam olmayan mühitdən uzaqlaşmaq qərarına gəldim. Ən başlıcası Allahın mənə verdiyi pay ən böyük qazancım oldu. Bütün insanlara bu hissi keçirməyi arzulayıram.
- Yeni planların haqqında nə deyə bilərsən?
- Çox xoşbəxtəm ki, artıq sağlam dostlarımın əhatəsində, gözəl ailəmlə birlikdə yeni uğurlar haqqında düşünürəm. İnşallah, avqustda möhtəşəm proyektim başlayacaq. Artıq sponsorlarla razılıq əldə edilib. Bundan başqa, qarşıdakı dünya çempionatına yollanacağam. Digər məsələlər də var ki, inşallah, bu barədə qarşıdakı günlərdə sizə məlumat verəcəyəm.
Qol.Az saytı ən yaxın dostlarından olan Altay Əliyevi doğum günü münasibətilə təbrik edir, onun yenidən televiziya sahəsinə qayıdaraq özünü bir daha təsdiqləcəyinə inanır və işlərində yeni-yeni uğurlar arzulayır.
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı