"Messi və Ronaldo ilə müqayisə olunmağımla fəxr edirəm" - Salah

"Messi və Ronaldo ilə  müqayisə olunmağımla fəxr edirəm" - Salah
XƏBƏR 25 May 2018 / 21:32 3747
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

Qol.az-ın "BT Sports"a istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Hamı Ronaldo və Messi haqda danışır. Onlar artıq 13-15 ildir yüksək səviyyədə oynayırlar. Messi və Ronaldo ilə  müqayisə olunmağımla fəxr edirəm".

Misirli hücumçu Çempionlar Liqasında "Real"la final oyununun Ronaldo ilə onun qarşıdurması olmayacağını söyləyib: " Yalnız oyun haqda düşünməli və öz işimi yerinə yetirməliyəm".

 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner