“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının bürünc medallarını qazandıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.Qol.az-ın məlumatına görə, o, klubdan gələcəyi barədə də danışıb.
- Baş məşqçi kimi ilk medalınızı qazandınız. Hansı hissləri keçirirsiniz?
- Açığı, bəlkə də ilk dəfədi etiraf edirəm: "Neftçi"yə gəldiyim vaxt 2017-ci il sentyabrın 11-i idi. Sonra 2 gün də komanda ilə birgə oldum. Öz-özümə fikirləşdim ki, hara gəlmişəm? Niyə burada işləməyi boynuma götürərək, bu səhvi etdim? Çünki durum həddindən artıq acınacaqlı idi. Amma artıq iş işdən keçmişdi. Daxildə olan xaos, ayrıseçkilik, futbolçular, legionerlərin özləri arasında qruplaşmalar mövcud idi. Buna baxmayaraq, tədricən, səbrlə işimizi görməyə başladıq. Düzdür, üçüncü yeri tutmuşuq, amma bunun sevincini, ab-havasını indi hiss etdim. Hər oyundan sonra qələbə qazandıqca təzyiqlər, söz-söhbətlər üzündən o sevinci tam yaşaya bilmirdik. Lakin bu gün bu medal boynuma asılanda hiss etdim ki, mən də nəyəsə nail olmuşam və nədəsə əməyim var. Sadəcə, bunu bu gün hiss etdim.
- Bürünc medal qazansaz da, yenə söz-söhbətlər var ki, Tərlan Əhmədov "Neftçi"də qalmayacaq. Əslində vəziyyət necədi və nə baş verəcək?
- Düzü, bilmirəm. Söz-söhbətlər həmişə olub və olacaq. Amma gördüyünüz kimi, qışdan sonra heç bir reaksiya vermədən, səbrlə, təmkinlə işimi davam etdirdim. Bilirdim ki, belə söz-söhbətlər olacaq. Olmasaydı belə, başqa söz-söhbətlər ortaya çıxacaqdı. Bunların hamısını tədricən arxada qoyduq. Lakin bu gün də bilmirəm necə olacaq. Çünki söz sahibləri klubun idarə heyətində yer alanlar, sponsorlardır. Hələlik sakitlikdir. Dünən son oyunumuzu keçirmişik, bu gün isə mükafatlarımızı almışıq. Hər halda yaxın günlərdə bəlli olar.
- Postunuzda qalmamağınız sizə qarşı ədalətsizlik ola bilərmi?
- O barədə heç nə deyə bilmərəm. Hər halda işimiz bundan ibarətdir. Daim çamadanımız yanımızda olur. Uğur da, uğursuzluq da olanda baş məşqçi yola salınır. Hər halda, istənilən qərarı normal qarşılayacam.
Çexiyada çempion bilindi
"Hər şey öz əlimizdədir” - "Neftçi"nin futbolçusu
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
"Sabah"ın "Sumqayıt" üzərində qələbəsi - Video
"Bizi uşaq yerinə qoymayın" - Samir Abasov
“Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma…”
"Zirə" Tovuzda belə qələbə qazandı - Video
"Neftçi" 3 xalı bu 3 qolla qazandı - Video
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
"Bayer" Bundesliqanı qalibiyyətlə başa vurdu
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - Şəkillər
Aleks de Souza yenidən Türkiyə Superliqasında
Enrike: "Fransa seriallarına heyranam"
Avro-2024 üçün heyəti açıqladılar
"Səbail" - "Neftçi" oyunu üçün heyətlər
Tovuzda heyətlər açıqlandı
"Sabah" - "Sumqayıt" : Heyətlər
Lamiyə Vəliyeva dünya çempionu oldu
"Real" Kroosla müqaviləni uzatdı
Bu mövsümün sonunda "Arsenal"dan ayrılacaq
Şahruddinin komandasının oyunundan - Video
Fransa Liqa 1-ə yüksələn 2-ci komanda da bilindi
Messinin "İnter Mayami"dəki maaşı açıqlandı
Ernesto Valverde ilə yeni müqavilə imzalandı
Şahruddin 90+2-ci dəqiqədə əvəzləndi
"Neftçi"nin 4 futbolçusu "Səbail"ə qarşı oynamayacaq
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi