«Bu futbolçulara daha öncədən deyilmişdi ki, avroliqaya vəsiqə təmin edilməsə, komandadan göndəriləcəksiniz. Məhz elə buna görə, həmin oyunçular qovuldular». Bu fikirləri Qol.Az-ın müxbirilə söhbətdə «Neftçi» komandasının baş məşqçisi Arif Əsədov altı legionerin klubdan uzaqlaşdırılmasını şərh edərkən deyib. O, komandanın avroliqaya vəsiqəni təmin edəcəyi halda göndərilən futbolçuların bəzilərinin qalma ehtimalının olduğunu qeyd edib: «Göndərilən legionerlərin bir çoxunun müqaviləsi bitmək üzrə idi. Bununla yanaşı, həmin futbolçuların qarşısına avroloqaya vəsiqə qazanmaq məqsədi qoyulmuşdu. Çempionatın bitməsinə bir tur qalmış bu vəsiqəni əldən verdik. Onların boş yerə komandada saxlanılmasının bir mənası yox idi. Son oyunda bu futbolçulardan çox şey gözləyirdik. Lakin həmin futbolçular bacardıqları qədər oynamadılar. Hesab edirəm ki, komandaya yeni nəfəs lazımdır. «Neftçi»də oyanayan hər bir futbolçu hansı komandanı təmsil etdiyini dərk etməlidir. Təəssüf ki, bir çox legioner bunu anlamır. Bununla bərabər, komandadakı legioner 1-2 il ərzində özünü yaxşı tərəfdən göstərə bilmirsə, təbii ki, klubu tərk etməlidir. Göndərilən futbolçular bir neçə ildir ki, «Neftçi»də oynayırlar, amma ortada bir nəticə yoxdur. Həmin legionerlər həm də aldıqları pulun dəyərində oyun sərgiləmirdilər. «Neftçi»də nəticə göstərə bilməyən 3 məşqçi ilə yollar ayrıldığı kimi, nəticə göstərməyən oyunçular da komandadan qovulmalıdır».
Son matçda göndərilən legionerlərin sərgilədiyi oyundan heç də məmnun qalmayan baş məşqçi onların qəsdən oynamaması fikrilə razılaşmadığını deyib: «Onların qəsdən oynamaması barədə düşünmək belə istəmirəm. Həmin futbolçulara inanmasaydım, onları meydana buraxmazdım. Necə ki, daha öncədən inanmadığım bir neçə futbolçunu komandadan qovmuşdum. «Qəbələ» ilə oyunda onlar mənim etimadımı heç cür doğrulda bilmədilər. Bununla yanaşı, bu futbolçuların psixologiyasında problemlər var».
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir