Stiv Maklarenlə Vaqif Cavadovun yolları rəsmən ayrıldı

Stiv Maklarenlə Vaqif Cavadovun yolları rəsmən ayrıldı
ÖLKƏ FUTBOLU 11 May 2010 / 13:35 2310
-  A +

Hollandiyanın “Tvente” klubunu tarixində ilk dəfə çempion edən ingilis baş məşqçisi Stiv Maklaren postundan kənarlaşıb.

Baş məşqçi həmyerlimiz Vaqif Cavadovun da şərəfini qoruduğu “Tvente” ilə müqaviləyə xitam verərək, Almaniyaya üz tutub. Maklaren ötən il Almaniya çempionu olmuş “Volfsburq”la 4 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Stiv Maklaren karyerası ərzində “Tvente” ilə yanaşı İngiltərə yığması və “Middlsbro” klubunu da çalışdırıb.

Mənbə: olimpiya.az
 

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır