Unibank Premyer Liqasının dünən keçirilən «Qarabağ» - «Xəzər Lənkəran» oyununda meydan sahiblərinin vurduğu birinci qoldan əvvəl topun Georgi Adamiyanın əlinə dəyməsi haqda qonaq komandanın baş məşqçisi Ağasəlim Mircavadov və kapitanı Kamran Ağayevin səsləndirdiyi iddialara gürcüstanlı hücumçu münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətdə G.Adamiya bildirib ki, həmin epizodda topu əlilə deyil, sinəsilə saxlayıb: «Ola bilər ki, top mənim çiynimə də dəyib. Oyuna o qədər köklənmişdim ki, heç nəyi hiss etmədim. Mən bilmirəm, rəqib komanda niyə belə iddialar səsləndirir. Bir daha deyirəm, topun əlimə dəydiyini hiss etməmişəm».
Konkret görüşün özünə gəlincə, Adamiya bildirib ki, birinci hissədə sürətli oyun nümayiş etdiriblər: «İlk hissəni hücumda keçirdik və istəyimizə nail olduq. Fasilədən sonra isə oyunun tempini öldürdük, daha çox müdafiə olunmağa başladıq. Amma qol buraxdıqdan sonra vəziyyət dəyişdi və artıq biz də hücum etməyə başladıq. Çünki təkcə müdafiə olunmaq haqda düşünsəydik, qapımızda daha bir qol görə bilərdik. Düzdür, ikinci hissədə oyun elə də baxımlı keçmədi. Amma əsas odur ki, istəyimizə nail olub qələbə qazandıq».
Adamiya «Xəzər Lənkəran» üzərindəki qələbədən sonra «Qarabağ»ın çempionluq şansının yarandığını xatırladıb: «Hər şey son turda həll olunacaq. Biz rəqibimiz «Neftçi»ni məğlub etməyə çalışacağıq. Eyni zamanda çox şey rəqiblərimizin də oyununun nəticəsindən asılıdır. Biz onların xal itirməsini gözləyəcəyik».
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video