Unibank Premyer Liqasının «Qarabağ»a qarşı dünən keçirilən matçda 1:2 hesablı məğlubiyyətə uğrayan «Xəzər Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov komandasının göstərdiyi oyundan razı qalmadığını bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində A.Mircavadov deyib ki, oyunun ilk hissəsində qapılarından iki qol buraxmaları onun üçün gözlənilməz olmayıb: «Futbolda hər şey olur. Biz peşəkar insanlarıq və ona görə də hər şeyə hazır olmalıyıq. Rəqib birinci hissədə qapıya üç zərbə endirdi, onun ikisi qol oldu».
A.Mircavadov «Qarabağ»ın ilk qolu vurduğu birinci epizoddan sonra «Xəzər Lənkəran»ın qapıçısı Kamran Ağayevin hakimə etirazını haqlı sayır: «Bəli, Kamranın da dediyi kimi, ilk qolun vurulduğu epizodda top «Qarabağ»ın hücumçusu Georgi Adamiyanın əlinə dəymişdi. Biz oyunun videoyazısına baxmışıq. Hakimlik haqda danışmaq istəmirəm. Hər şeyi onun vicdanına buraxıram. Mən daha bu oyunla və bu məğlubiyyətlə maraqlanmıram. Əsas öz komandamdır».
A.Mircavadov «Xəzər Lənkəran»ın ilk hissədə komanda oyunu nümayiş etdirə bilmədiyini söyləyib: «Sabah Lənkərana yola düşürük. Allah qoysa, futbolçularla bu oyuna bir daha baxıb buraxılan səhvləri təhlil edəcəyik».
Uğursuzluğa baxmayaraq, «Xəzər Lənkəran» yenə çempionluğa əsas namizəddir. Son turda «Bakı»yla oyunda «Xəzər Lənkəran»ın qələbə qazanacağına çoxları inanır. A.Mircavadov isə bildirir ki, hələ indidən bu haqda heç nə demək olmaz: «Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Futbolçularla ciddi söhbətim olacaq. Onlar emosiyalarını cilovlayıb sakit olmalıdırlar».
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video