"Düşmüşük "qara zolağ"a, çıxa bilmirik" - Anar Nəzirov

"Düşmüşük "qara zolağ"a, çıxa bilmirik" -  Anar Nəzirov
ÖLKƏ FUTBOLU 28 Aprel 2018 / 11:40 1885
-  A +

“Zirə”nin kapitanı Anar Nəzirov Topaz Premyer Liqanın 25-ci turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə məğlubiyyəti şərh edib.

- Nə deyim, düşmüşük "qara zolağ"a, çıxa bilmirik. Bu oyunda da əlimizdən gələni etdik. Qol imkanlarımız olur, yararlana bilmirik. Məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirik. Nəsə alınmır ki, biz bu durumdayıq.

- “Qarabağ”la oyunda heç-heçə etməyə yaxın idiniz. Amma son dəqiqələrdə qol buraxmaqla 1 xaldan da oldunuz...

- “Qarabağ”ın klası öz sözünü dedi. Oyunçularını ayrı-ayrılıqda götürsək, hamısı yüksək səviyyəli, son nöqtəni qoymaqda usta futbolçulardır. Vəziyyətimiz yaxşı deyil. Hər oyun çalışırıq, ciddi hazırlaşırıq, amma məğlub oluruq. Bu gün də son dəqiqədə buraxdığımız qolla uduzduq.

- Artıq Avroliqa şanslarınız get-gedə lap azalır...

- Biz də bilirik. Hər oyuna ümidlə baxırıq. 3 matçımız qaldı. Ayxan müəllim də deyir ki, nə olur-olsun, sonadək mübarizə aparacağıq.

- Yəqin razılaşarsınız ki, hər 3 oyun finala bərabər olacaq...

- Əlbəttə ki. Elə bu oyun, bundan əvvəlki görüş də finala bərabər idi. Meydana çıxıb, nəsə etməyə çalışacağıq.

- Qarşıdakı 3 turda nəyinsə dəyişəcəyinə inanırsınız?

- Özünüz də gördünüz ki, “Qarabağ”a mübarizəsiz təslim olmadıq. 2 tərəfli oyun getdi. Üstün oynadığımız dəqiqələr də oldu. Özünüz də bilirsiniz ki, zədəli futbolçularımız var idi. Uşaqlar əllərindən gələni etdi. Amma “Qarabağ” öz təcrübəsi ilə bizi məğlub etdi.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır