"Qarabağ"da qalıb-qalmayacağıma Qurban Qurbanov qərar verəcək"

"Qarabağ"da qalıb-qalmayacağıma Qurban Qurbanov qərar verəcək"
ÖLKƏ FUTBOLU 28 Aprel 2018 / 00:01 4786
-  A +

"Zirə" asan rəqib deyil. Onlara qarşı oynamaq hər zaman çətindir, bu dəfəki oyun da belə oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqanın 25-ci turunda “Zirə” üzərində qazandıqları səfər qələbəsindən (2:1) sonra jurnalistlərə açıqlamasında deyib. Artıq qızıl medalları təmin etdiklərini söyləyən albaniyalı futbolçu qarşıdakı matçlarda əsl çempion kimi oynamalı olduqlarını bildirib:

“Biz artıq çempionluğu əldə etmişik. Öz statusumuzda oynamalıyıq. Azərbaycan çempionatına hörmətlə yanaşmalı və heç nəyə baxmadan sona qədər oynamalıyıq. Biz peşəkarıq, işimiz  meydana çıxıb, qalib gəlməkdi. Premyer Liqanın qalan  oyunlarında da bunun üçün oynayacağıq”.

Bir müddət öncə mətbuata açıqlamasında “Qarabağ”da mümmkün qədər çox qalmaq istədiyini deyən Aqolli bunun Qurban Qurbanovdan asılı olduğunu qeyd edib: "Qarabağ"da qalmaq istəyim var. Ancaq buna Qurban Qurbanov qərar verəcək".

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır