"Kəpəz"in sabiq futbolçusu Viktor Oseqeyl Qol.az-a müsahibə verib. Yunis Hüseynovun gəlişindən sonra Gəncə klubundan ayrılan nigeriyalı hücumçu gedişinin səbəblərini açıqlayıb.
- Qış fasiləsində "Kəpəz"dən ayrıldınız. Özünüzə yeni klub tapa bilmisiniz?
- Yox, hələ ki, azad agentəm. Mövsümün başa çatmağını gözləyirəm. İnanıram ki, yayda özümə yeni komanda tapa biləcəm.
- Təklifləriniz var?
- Hə, bəzi təkliflər almışam. Amma dəqiq olmadığı üçün açıqlaya bilmərəm.
- "Kəpəz"dən göndərilməyiniz sizin üçün gözlənilməz olmadı?
- Açığı, bir az elə oldu. Amma bilirdim ki, komandanı tərk edəcəm.
- Hardan bilirdiniz?
- Baş məşqçinin hərəkətləri hər şeyi deyirdi.
- Bu barədə sizə nəsə demişdi?
- Yox, heç nə deməsə də, bunu bilirdim. Münasibətindən hiss olunurdu ki, məni komandasında görmək istəmir, göndərəcək. Bəlkə də zədəli olduğum üçün belə alındı, bilmirəm. Kiminsə sizə ehtiyacı olmadığını bilmək elə də çətin iş deyil.
- Fasilədə sizdən başqa, daha 10 futbolçu "Kəpəz"dən göndərildi. Sizcə, komandanın problemi gedən oyunçularla bağlı idi?
- Bilmirəm. Bu, onların qərarı idi.
- Sizi "Kəpəz"ə Şahin Diniyev gətirmişdi. Bəlkə elə buna görə göndərildiniz...
- Yox, mən belə düşünmürəm. Çünki Dedimar Ferreyra da Şahin Diniyevin vaxtında gəlmişdi. Amma o, komandada qaldı. Əgər sizin oyun üslubunuz baş məşqçinin sisteminə uyğun gəlmirsə, bu o deməkdir ki, getməlisiniz. Təəssüf ki, mən yeni baş məşqçinin rəhbərliyi altında heç məşq də edə bilmədim.
- Sizin yerinizə Şadon Vinçester transfer olundu. Onun oyunu isə göz qabağındadır. Trinidad və tobaqolu hücumçu hələ də "Kəpəz"də qol hesabını aça bilməyib...
- Onun zəif hücumçu olduğunu düşünmürəm. Ola bilər ki, "Kəpəz" Vinçesterin oyun üslubuna uyğun komanda deyil.
- "Kəpəz"dən ayrıldıqdan sonra "Səbail"ə keçəcəyiniz gözlənilirdi. Hətta anlaşma da olmuşdu. Sonradan nə baş verdi?
- Hə, "Səbail"lə anlaşmışdım. Amma zədəm bu komandaya keçidimə mane oldu.
Elnur SALAHOV
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi