Ayağından aldığı zədəyə görə builki futbol mövsümünü bitirmək məcburiyyətində qalan “Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytına müsahibə verib
- Necə oldu ki, belə ağır zədəyə tuş gəldin?
- “İnter”lə oyundan sonra ilk məşqə çıxmışdıq. Bir gün istirahət etdiyimizdən həvəslə məşq edirdim. Ancaq qəfildən necə oldusa, ayağım burxuldu və səs eşitdim. Dərhal həkimlər gəldi və məlum oldu ki, ciddi müayinəyə ehtiyacım var. Dünən rentgen müayinəsindən keçəndən sonra məlum oldu ki, düz 3 həftə ayağım gipsdə qalacaq. Yaşıl meydana qayıtmağım isə, ay yarımdan sonra mümkün olacaq.
- Zədə hansısa futbolçuyla mübarizə zamanı, yoxsa sırf öz ehtiyatsızlığın üzündən yarandı?
- Sırf öz ehtiyatsızlığım ucbatından zədələndim. Adi epizodda müvazinətimi saxlaya bilmədim və ayağım üstə düşdüm. Halbuki bunun belə olmasını qətiyyən istəməzdim. Mövsümün belə həlledici vaxtında zədə almaq məncə, hər bir futbolçu üçün arzuolunmazdır.
- Amma sən təkcə “Qarabağ”ın son iki oyununu yox, həm də millinin qarşıdakı təlim-məşq toplanışını, yoldaşlıq oyunlarını buraxmalı olacaqsan. Bu sənin üçün nə dərəcədə üzücü oldu?
- Üzüntümü sözlə ifadə etmək çətindir. Bunu sadəcə yaşamaq lazımdır. Açığı zədələnəndən bəri yaxın dost-tanış hər kəs zəng edir, təsəlli verir. Amma istər-istəməz bu dilxorçuluqdan yaxa qurtarmaq mümkün deyil. Bir az unudan kimi, kimsə zəng vurur, yadına düşür, yenidən dəli olmaq həddinə çatırsan. Bir sözlə, çox çətindir. Bu qədər vaxt ərzində komandamdan, millidən necə ayrı qalacağam, bilmirəm. Növbəti turda “Xəzər Lənkəran”la çətin oyunumuz vardı. Belə bir oyunu kənardan izləmək heç də asan olmayacaq. Eləcə də millinin yoldaşlıq görüşləri. Düşünürəm, çox pis oluram. Amma bir şey var ki, biz də insanıq və zədədən heç bir futbolçu sığortalanmayıb. Bəlkə də, daha pis vaxtda daha ağır zədə ala bilərdim. İnşallah, ay yarım sonra yenidən yaşıl meydana qayıdacağıma da şükür edirəm.
- “Qarabağ”ın final mərhələsində işləri heç də yaxşı getmir. Komandanın aparıcı üzvlərindən biri kimi, bu uğursuzluğun səbəbini nədə görürsən?
- Biz əslində elə də bərbad, zəif futbol sərgiləməmişik. Sadəcə, təsnifat mərhələsindən fərqli olaraq, “altılıq”da bütün rəqiblər demək olar ki, eyni gücdədir. Hər bir komanda mümkün qədər üst pillələrdə qərarlaşmaq üçün qələbə, xal qazanmağa çalışır. Bu üzdən bizə də hər oyunda istədiyimiz nəticəni qazanmaq çətin olur. Digər tərəfdən, yorğunluq da əksər oyunlarda öz sözünü deyirdi. Zədələr komandamızdan əl çəkmir. Hər oyun öncəsi zədəlilərimiz olur. Hər oyunçu zədələnəndə uşaqlara bunun necə təsir etdiyini ancaq özümüz bilirik. İndi də mənim zədəmə görə komanda yoldaşlarımın əhval-ruhiyyəsi pozulub. Halbuki “İnter” üzərində qələbə qazanmaqla özünə inamı geri qaytarmışdıq. Amma ümid edirəm ki, bu inam son iki oyunda da lazımı nəticəni qazanmağımıza yardımçı olacaq.
- Son iki oyunda “Qarabağ”ın şanslarını necə dəyərləndirirsən?
- Məncə, hər şey ilk növbədə özümüzdən asılıdır. Əvvəlcə “Xəzər Lənkəran”ı qəbul edəcəyik. Bu komandanı carı mövsümdə yenə bilmişik. Eyni uğuru yenə təkrarlaya bilərik. Səfərdə də “Neftçi”ni udsaq, istəyimizə çatacağımıza əminəm. Düzdür, çempion olmaq şansımız cüzidir. Sadəcə nəzəri şanslarımız qalır, hər şey öz əlimizdə deyil bu baxımdan. Amma avroliqaya vəsiqə qazanmaq üçün son iki matçda qələbə qazanmağın yetərli olacağını düşünürəm. Bizim əsas istəyimiz odur ki, yenidən avorkuboklara vəsiqə qazanaq, ötən yayda olduğu kimi, azarkeşlərimizə yenidən böyük sevinc yaşadaq. İnşallah, bu istəyimizə çatarıq.
“Yuventus”la razılaşdı
PSJ futbolçusunu icarəyə verdi
Bernardeskinin yeni klubu məlum oldu
"Turan Tovuz" Türkiyədə heç-heçə etdi
"Tramp mənə dedi ki..."
Azərbaycan gimnastlarından növbəti qızıl medallar
"Real"da qalır
Azərbaycanın bayraqdarları bəlli oldu
"Mançester Yunayted"dən "Barselona"ya
Obameyanq Fransaya qayıdır
"İmişli" ilk yoxlama oyununu keçirdi
"Qarabağ"ın rəqibi "Arsenal"dan futbolçu transfer etdi
"Karvan" daha bir futbolçu ilə yolları ayırdı
Kurtua qalır, ya gedir?
"Zirə" də iştirak ərizəsini UEFA-ya göndərdi
Sabiq "Qalatasaray"lı "Araz-Naxçıvan"ın rəqibinə keçdi
Rakitiçə "Hayduk"da vəzifə verildi
"Arsenal"la 5 illik müqavilə bağlayacaq
"Hayduk" Bakı səfərindən əvvəl uduzdu
18 yaşlı Endrik evləndi
Azərbaycan güləşçilərindən 5 medal
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı