"Komandamızda əla atmosfer hökm sürür. Oyunçularla məşqçilər, rəhbərlik arasında çox yaxşı münasibət var. Mənə elə gəlir ki, komandada mühit yaxşıdırsa, nəticə öz-özünə gəlməlidir". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Leonard Naydin klubun rəsmi saytına açıqlamasında deyib.
Rumıniyalı yarımmüdafiəçi bildirib ki, mayın 9-da Unibank Premyer Liqasının 31-ci turunda səfərdə "Qəbələ" ilə görüşə yalnız qələbə üçün çıxacaqlar: "Ötən ay öz meydanımızda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduğumuz oyunu yaxşı xatırlayıram. 2-3 uğurlu oyun keçirəndən sonra görüşə çıxdığımıza görə, hamı düşünürdü ki, qələbə qazansaq, çempionluğa oynayacağıq. Ancaq çox zəif təsir bağışladıq. Rəqib cəmi bir cərimə zərbəsi yerinə yetirdi və bir əks-hücum qurub, qalib gəldi. Həmişə olduğu kimi, 3 xal əldə etmək niyyətindəyik. Əvvəlki oyunlarla müqayisədə, indi qələbəyə daha çox ehtiyacımız var. Qalan hər iki oyunda maksimum xal toplamalıyıq. "Qəbələ"ni məğlub etsək, Avroliqaya vəsiqəni 70-80 faiz təmin edəcəyik".
Naydin "Neftçi"nin ölkə xaricində tanınması haqqında da fikirlərini bildirib. Onun sözlərinə görə, rumıniyalı futbol azarkeşləri flaqmanı çox yaxşı tanıyırlar: "Neftçi"Azərbaycanın ən məşhur, tanınmış, köklü klubudur. Vətənimdə "Neftçi"ni Azərbaycanın Madrid "Real"ı sayırlar. Lakin istəyirəm ki, "Neftçi" Azərbaycanın "Barselona"sına çevrilsin. Çünki "Barselona" nın azarkeşiyəm. "Barselona" isə təbii ki, "Real"dan güclüdür".
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi