“Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqanın 22-ci turunun “Sumqayıt”la oyunundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə heç-heçəni şərh edib.
- Səncə, bu gün 2 xalı hansı komanda itirdi?
- Hesab edirəm ki, hər iki komanda. Təbii ki, ilk növbədə öz komandamı düşünürəm. Bu üzdən deyə bilərəm ki, biz 2 xal itirdik. Çox baxımlı oyun göstərdik. Məncə, “Neftçi”dən yaxşı oynadıq. Həm əzmkarlıq, həm də futbol baxımından rəqibi üstələyirdik. Sadəcə, bəxtimiz gətirmədi.
- Qol vursan da, sevinmədin...
- “Neftçi” sevimli komandamdır. Burdan gedən istənilən futbolçu yerimdə olsaydı, eyni addımı atardı. Futbolun sirlərini "Neftçi"də öyrənmişəm, bu komandada böyümüşəm.
- Qarşıda "Keşlə"ylə yarımfinal qarşılaşması olacaq...
- Çempionat matçlarına olduğu kimi, kubok oyunlarına da eyni qaydada hazırlaşırıq. “Sumqayıt” iki turnir arasında ayrı-seçkilik etmir. Hər iki cəbhədə sona qədər mübarizə aparmaq istəyirik.
- “Keşlə” ilə 7 gün ərzində 3 dəfə üz-üzə gələcəksiniz. Eyni rəqiblə qısa müddətdə bu qədər çox qarşılaşmaq komandanıza necə təsir edə bilər?
- Bu, təkcə bizə yox, rəqibə də aid olacaq. Düşünmürəm ki, mənfi təsiri olsun. Düzdür, yorğunluq olacaq. Amma “Keşlə”də də belə olacaq.
- Ən yaxın izləyiciləriniz “Zirə” və "Neftçi"ylə xal fərqini qorudunuz. Necə düşünürsən, mövsümün sonunda “Sumqayıt” bürünc medalları qazana biləcək?
- Əlbəttə ki, bunu istəyirik. Bu yeri tutmaq “Sumqayıt” adına sevindirici hal olar.
- Matçdan sonra baş məşqçi Samir Abasovla birlikdə “Neftçi” azarkeşləri tərəfə getdiniz. Bu addımı necə izah etmək olar?
- Məncə, bu, olmalı idi. Rahat idik, çünki “Neftçi” azarkeşlərini yaxşı tanıyıram. Bilirəm ki, onlara yaxınlaşan azərbaycanlı futbolçuları heç vaxt geri çevirməzlər. Onları tanıyaraq getdim. Bilirdim ki, bizi alqışlayacaqlar.
- Təşəbbüs kimdən gəldi?
- Samir müəllim mənə bildirdi ki, komandanı ora apar. Özünüz də gördünüz ki, azarkeşlər də bizi müsbət qarşıladılar. Həmişə demişəm ki, Azərbaycanın bir nömrəli azarkeşləri “Neftçi” fanatlarıdır.
- Bu gün kapitanlıq sarğısını daşıdın. Bu, oyununa necə təsir göstərdi? Özündə kapitanlıq keyfiyyətlərini görürsən?
- Açığı, kapitanlığın mənə verilməsini gözləmirdim. Samir müəllim belə məsləhət bildi. Mən də meydana çıxıb, kapitanlığımı etdim.
Osimhen əməliyyat olundu
Tudoru o əvəzləyə bilər
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı