“Qrafik çox sıxdır. Mayın 1-də Yevlaxda səfər matçına çıxmışdıq, sabah yenidən oynayacağıq. Hazırlıq üçün vaxt az olub, komanda yorğunluğunu tam çıxara bilməyib. Amma bu, kubokda çıxışını davam etdirən hər bir komandaya, elə rəqibimizə də aiddir”. Bu fikirləri Qol.Az-a açıqlamasında “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov bildirib.
Sabah ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olacaq paytaxt klubunun çalışdırıcısı bu matçı özləri üçün taleyüklu hesab etdiyini vurğulayıb: “Vaxtın azlığına baxmayaraq, mümkün qədər yaxşı hazırlaşmağa çalışmışıq. Hazırlığımızın səviyyəsini qarşıdakı oyun göstərəcək. Futbolçularımız özləri də dərk edir ki, kubokda irəliləmək bizim üçün Avropaya açılan ən qısa, həmçinin yeganə yoldur. Ona görə də, sabahkı oyunda növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik. Lənkəranda hər komanda üçün oynamaq, xal almaq, qələbə qazanmaq çətindir. Biz də eyni çətinliklərlə üzləşəcəyimizi bilirik. “Xəzər Lənkəran” güclü azarkeş dəstəyinə, peşəkar oyunçulara malik iddialı komandadır. Onların xüsusilə ilk oyunda səfərdə qol vurması şanslarını daha da artırır. Yəni məhz bu səbəbdən “Xəzər Lənkəran”ın şansları hazırda bizdən cüzi də olsa çoxdur. Üstəlik evdə oynayacaqlar. Doğma meydan amili də rəqibin lehinə işləyəcək. Amma biz də asanlıqla təslim olmağa getmirik. Sona kimi “vuruşacağıq”. Ola bilsin ki, hər şeyə nəinki 90, heç 120 dəqiqə ərzində də aydınlıq gəlməsin. Yəni cütün taleyinin penaltilərlə həll olunması da mümkündür. Bu futboldu və hər şey ola bilər. Lakin istənilən halda bizə səfərdə qol vurmaq lazımdır. Cənublular hücum futboluna üstünlük verdiyindən müdafiədə də diqqətli olmalıyıq. Yəni bu elə oyundur ki, qazanmaq üçün həm lazımı qaydada müdafiə olunmağı bacarmalısan, həm də istədiyin qolu vurmalısan”.
“Təyyarəçilər”in baş məşqçisini narahat edən əsas məqam isə komandasında itkilərin çoxluğudur: “Bilirsiz ki, ilk oyunda vərəqə limitini dolduran Aqil Nəbiyevlə Sergey Laşenkov cəzalı duruma düşüb. Roman Qoqinaşvili ilə Vüsal Qarayevin isə əvvəldən zədəsi vardı və onlar da bizə kömək edə bilməyəcəklər. Bunlar azmış kimi, “Karvan”la oyunda İlqar Qurbanovla Junivan Suares də zədələrini təzələyiblər və sabahkı oyunda iştirakları sual altındadır. Ancaq bunlar bizi ruhdan sala bilməz. Heyətimizdəki bütün oyunçulara güvənirik”.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər