“Barselona” qarşılaşmaq istəmədiyim yeganə komandadır” - Alleqri

“Barselona” qarşılaşmaq istəmədiyim yeganə komandadır” -  Alleqri
XƏBƏR 8 Mart 2018 / 22:15 5831
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının1/4 finalında “Barselona”  ilə qarşılaşmaq istəmədiklərini bildirib.

Qol.az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, o, Kataloniya klubunu arzuolunmaz rəqib adlandırıb:

“Barselona” yeganə komandadır ki, bu mərhələdə onlarla qarşılaşmaq istəmirəm. Hər il “Barselona”, “Barselona”, “Barselona”. Bəsdir daha (gülür).

Qeyd edək ki, "Yuventus" 1/4 finala yüksəlsə də, "Barselona" bu mərhələyə adlamaq üçün 1/8 finalın ilk oyununda səfərdə heç-heçə etdiyi (1:1) "Çelsi"ni mübarizədən kənarlaşdırmalıdır.

Son xəbərlər
topaz banner