Məşhur şoumen Murad Dadaşov Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun onun top çiləməklə bağlı təklifindən imtina etməsi və «top çiləmək şoumenlərin işidir» fikrinə münasibət bildirib. Qol.Az-a eksklüziv açıqlamasında Murad Dadaşov Foqtsun fikirlərinin düzgün anlaşılmadığını deyib: «Mən Foqtsun fikirlərinə hörmətlə yanaşıram. Onu böyük bir futbol adamı, dərin bir insan kimi qiymətləndirirəm. Əslində mənim belə təklif irəli sürməyim bəlkə də Foqtsun ürəyincə olmadı. O, bu fikirləri ilə demək istəyirdi ki, adi top çiləməklə məndən möcüzə gözləməyin. Çünki o, bu işin peşəkarıdır. Bəzən olur, bir tədbirdə məndən soruşurlar ki, lətifə danışa bilərsən? Düzü, belə şeylər eşidəndə çox pərt oluram».
Murad Dadaşovun fikrincə, Foqtsun onun təklifindən imtina etməsinin həm də başqa bir səbəbi olub: «Bildiyiniz kimi, dünən AFFA ilə Access Bank arasında əməkdaşlıqla bağlı müqavilənin imzalanması mərasimində top çiləmək üzrə xüsusi istedadı olan bir şəxs öz məharətini göstərdi. Bir sözlə, Foqtsun cavabını çox müsbət qəbul elədim. Mənim üçün Foqtsun milli komandamıza gətirdiyi qələbələr və Azərbaycan futboluna göstərdiyi xidmət onun top çiləməsindən qat-qat üstündür».
Murad Dadaşov dünənki tədbirə AFFA tərəfindən dəvət olunduğunu söyləyib: «Mən AFFA-nı özümə dost sayıram və onların hər tədbirində böyük məmnuniyyətlə iştirak edirəm».
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"