«Klub rəhbərliyi tərəfindən «Xəzər Lənkəran»ın qarşısına qoyulan əsas hədəflərdən birincisi çempionluqdur. Növbəti hədəfimiz isə ölkə kubokunu qazanmaqdır». Bu sözləri Qol.Az-ın müxbirilə söhbətdə «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. O, hər iki hədəfə doğru inamla irəliləyən komandanın qarşıya qoyulan məqsədlərə çatacağına inandığını qeyd edib: «Hədəflərimizə çatmaq üçün qarşıda duran ilk önəmli qarşılaşma «Olimpik»lə sabah keçirəcəyimiz matçdır. Bütün oyunlar kimi bu matçda da məqsədimiz qələbə qazanmaqdır. Ümidvaram ki, komandamız bunu bacaracaq. Düzdür, oyun çox çətin keçəcək. Çünki rəqibimizin avrokuboklarda işitirakı üçün yeganə yolu məhz elə ölkə kubokunu qazanmaqdır. Bunun üçün onlar sona qədər mübarizə aparacaqlar. Lakin bütün bunlara baxmayaraq, bu matçdan sərfəli nəticə əldə edəcyimizi düşünürəm. Hesab edirəm ki, sabah gözəl bir oyunun şahidi olacağıq».
Unibank Premyer Liqasının növbəti turunda «Neftçi» ilə qarşılaşmaya toxunan T.Nadirov bu oyunda mütləq qələbəyə oynayacaqlarını söyləyib: «Biz ilk növbədə gözəl oyun oynamağa çalışırıq. İstəyirik ki, komandamızın matçlarını izləyən hər bir azarkeş oyunumuzdan zövq alsın. Ötən turda «İnter» üzərində qələbə qazana bilməsək də, azərkeşlər gözəl bir matçın şahidi oldu. Fikrimcə, «Neftçi» ilə görüşümüz də azərkeşlərin yaddaşına yaxşı oyun kimi yazılacaq. Nəticəyə gəldikdə, «Neftçi» üzərində qələbə qazanacağımıza inanıram. Qələbə qazanmaqla ilk pillədəki yerimizi qorumaq istəyirik».
T.Nadirov azərkeşlərə də müraciət edib. O, bütün «Xəzər Lənkəran» azərkeşlərinin stadiona gəlməsini istədiyini deyib: «Bütün azərkeşlərimizin mayın 1-də «Neftçi» ilə keçiriləcək oyunda bizə dəstək olmaq üçün stadiona gəlməsini istəyirik. Bunun üçün azərkeşlərimizə səslənirik: Gəlin, bizə dəstək olun! Çünki bizim bütün qələbələrimizdə azərkeşlərimizin böyük rolu olub».
T.Nadirov çempionatda birinciliyə ən şanslı komandanın «Xəzər Lənkəran» olduğunu vurğulayıb.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"