Bu gün Unibank Premyer Liqasının final mərhələsinin 7-ci turunun “Qarabağ” – “Qəbələ” matçından öncə Ağdam klubunun təsisçilərindən olan Adil Nadirovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Qol.Az-ın məlumatına görə, «Qarabağ»a 35 ildən çox xidmət etmiş Adil Nadirovun şərəfinə doğulub boya-başa çatdığı Ağdamda, Quzanlı qəsəbəsi stadionunda təşkil olunan tədbirdə bir sıra maraqlı məqamlar yaşanıb.
Tədbirdə ilk olaraq çıxış edən Ağdam rayonunun İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov yubilyarı təbrik edib. Adil Nadirovun Ağdam futbolu və “Qarabağ” üçün gördüyü işlərdən danışan icra başçısı sonra rayonun İcra Hakimiyyətinin adından ona fəxri fərman və hədiyyə təqdim edib.
Tədbirdə iştirak edən millət vəkili, “Qarabağ”ın fəxri prezidenti Aqil Abbas isə Ağdam təmsilçisinin Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın komandası olduğunu bildirib: “Qarabağ” Qarabağ uğrunda döyüşlərdə şəhid olan Eldar Bağırovun, Allahverdi Bağırovun, Şəfəq Hümbətəliyevin, “General Ərşad”ın komandasıdı. “Qarabağ” Vüqar Nadirovun komandasıdı. “Qarabağ” Qurban Qurbanovun, bütün Azərbaycanın komandasıdı”.
Çıxışının sonunda Aqil Abbas da Adil Nadirovu təbrik edib. “Qarabağ”ın qonağı olan “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov, Qurban Qurbanov da təbriklərini və ürək sözlərini çatdırdıqdan sonra söz yubilyarın özünə verilib. Lakin stadiona toplaşan ağdamlı azarkeşlərin güclü alqış sədalarından və göstərilən münasibətdən təsirlənən Adil Nadirov kövrələrək, hönkür-hönkür ağlamağa başlayıb. O, çıxışında qısaca olaraq, bunları bildirib: “Mən fəxr edirəm ki, komandamız artıq öz oyunun doğma torpaqlarda, doğma azarkeşləri qarşısında keçirir. Əminəm ki, gün gələcək, tezliklə “Qarabağ”ımızın, Ağdamda, “İmarət”də də oyunlarını izləmək imkanı qazanacağıq”.
Tədbirə yubilyarın “Qarabağ” – “Qəbələ” oyununda topa ilk toxunuşu etməsiylə başa çatıb.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video