"Neftçi" ilə müqaviləsini pozan Aqil Məmmədov yenidən "Qəbələ"yə qayıdır. Bu barədə Qol.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, qolkiper bununla bağlı artıq "qırmızı-qaralar"a müraciət edib:
"Hazırda belə bir məsələ gündəmimizdə var. Bilirsiniz ki, Aqil bizdə oyun təcrübəsinin azlığı baxımından ayrılmaq istədiyini bildirmişdi. Biz də onun fikrinə hörmətlə yanaşdıq və müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdik. İndi də özü qayıtmaq üçün bizə müraciət edib. Klub daxilində bunu müzakirə edib, qərar verəcəyik. Açığı, onun yenidən komandaya qayıtmasında bir problem görmürük".
Qeyd edək ki, Aqil Məmmədovun "Neftçi"dən ayrılması xəbərini ilk olaraq "sport7.az" saytı yazıb.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər