“Futbolçuların milli komandanın təlim-məşq toplanışından klublarına yorğun qayıtmasını kim deyir ki? Mən Qurban Qurbanov və “Qarabağ” rəhbərliyinin dediklərinə şərh vermək istəmirəm”. Bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Unibank Premyer Liqasının XXVIII turunda “Bakı”ya öz meydanında böyük hesabla uduzan (1:4) “Qarabağ” belə uğursuz nəticəyə əsas səbəb kimi futbolçuların yorğun olmasını göstərib. Oyundan sonra baş məşqçi Qurban Qurbanov, klubun direktoru Əmrah Çəlikəl mövsümün qızğın vaxtında yığmanın təlim-məşq toplanışlarının planlarına təsir etdiklərini bildirib. Ancaq Foqts nəinki “Qarabağ”ın, ümumiyyətlə klubların buna etirazını düzgün saymır: “Klublar öz işləri ilə məşğul olsalar, daha yaxşıdır. Keçirdiyim təlim-məşq toplanışının əsas məqsədi futbolçuların fiziki hazırlığını yüksəltmək, taktiki baxımdan daha da yaxşı oynamaqdır. Çox yaxşı bilirsiniz ki, beynəlxalq səviyyədə məşqlər, oyunlar var. Biz belə məşq proseslərini təşkil etməklə, mili komandanı müəyyən səviyyəyə çatdırmaq istəyirik”.
Alman çalışdırıcı həmçinin bildirib ki, bu toplanışlar futbolçuların xeyrinədir və onların daha yaxşı hazırlığına, oyununa hesablanıb: “Bir də mən planımı əvvəldən tərtib etmişəm. Təqvim tərtib edilərkən, yığmanın bu təlim-məşq toplanışları nəzərdə tutulmalı idi”.
Berti Foqts Vaqif Cavadovla bağlı sualı da cavablandırıb: “Vaqif Cavadov 4 aydır “Tvente” klubuna keçib. Onun bu müddətdə cəmi bir görüşdə, özü də əvəzedici komandanın heyətində oynaması məni narahat etmir. Aydın məsələdir ki, futbolçu zədə alanda oynamır”. Ancaq Avro-2012-nin startına az qalmış 21 yaşlı hücumçunun oyun praktikası sarıdan korluq çəkməsi alman çalışdırıcını qayğılandırmır: “Bu, əhəmiyyətli deyil. Vaqif olmayacaq, onun yerinə başqa hücumçunu oynadacağam”.
Komandamızın digər legioneri Mahir Şükürov isə klubunda mövqe dəyişikliyi ilə bağlı problemlə üzləşib. Yeni mövqeyə uyğunlaşmaqda çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi bunu Foqtsla müzakirə etmək fikrindədir. Ancaq baş məşqçi bunda da narahatlıq görmür: “Klubun məşqçisi futbolçunu istədiyi mövqedə oynada bilər. “Anji”nin çalışdırıcının Mahiri hansı mövqedə oynatması məni maraqlandırmır. Mən onu milli komandada sağ cinahda oynatmışam. Şükürov məhz bu mövqedə tanınıb, məşhurlaşıb. Mahirin “Spartak”la görüşünü izləmək üçün Moskvaya gedəcəyimə gəlincə, “Anji”nin hansı oyununu izləməyi dəqiqləşdirdikdən sonra səfərə çıxacağam” (apasport.az).
Kurtua qalır, ya gedir?
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video