Bülənt Qorxmazın gedişindən sonra çoxları “Bakı”nın daha pis vəziyyətə düşəcəyini, çempionluq yarışından çəkiləcəyini gözləsə də, paytaxt klubu qazandığı nəticələrlə tam fərqli ab-hava yaşatmaqdadır. “Xəzər Lənkəran” üzərindəki minimal hesablı qələbənin ardınca “zolaqlılar” səfərdə heç kimin qalib gələ bilmədiyi “Qarabağ” üzərində də möhtəşəm qələbə qazandı.
Bununla bağlı paytaxt klubunun vitse-prezidenti Zeynal Məmmədov Qol.Az-ın suallarını cavablandırıb.
- “Qarabağ” üzərində qələbə qazanacağınızı, özü də rəqibinizi böyükhesabla yenəcəyinizi gözləyirdizmi?
- Etiraf edim ki, bunu gözləmirdim. Qələbə qazanacağımıza ümidim var idi. Yəni inanırdım ki, komandamız 1:0, 2:1 hesabıyla qələbə qazana bilər. Amma daha 4:1 hesablı qələbəylə dönəcəyimizi ümumiyyətlə, ağlıma gətirmirdim.
- Hətta məğlubiyyəti də göz önünə almışdınız?
- Bilirsiniz, bu futboldu, hər şey ola bilərdi. Düzdü, məğlub olacağımızı fikirləşmək istəmirdim. Amma ən pis halda Quzanlıdan heç-heçəylə dönmək haqda fikirləşirdim. Çünki “Qarabağ” elə komandadır ki, Ağdamda heç vaxt uduzmurdu. Onların bizdən zəif olduqlarını da deyə bilmərəm. Əksinə gənc, perspektivli yerli uşaqlardan təşkil olunan gözəl heyətləri var. Böyük simpatiya bəslədiyim, iddialı komandadır və hər rəqiblə başa-baş mübarizə aparmağı bacarır. Sadəcə, bu oyunda bizim ilk növbədə bəxtimiz onda gətirdi ki, erkən qol vura bildik. Bundan sonra uduzmağı xoşlamayan “Qarabağ” daha böyük qüvvəylə irəli atıldı ki, nəticədə bizim növbəti qolları vurmağımız üçün onların müdafiəsində boşluqlar yaranmağa başladı. Baxmayaraq ki, 82-ci dəqiqəyədək hesab 2:1 olanda onların 2-3 yüzfaizli qol imkanı oldu. Həmin qolları vursaydılar, bəlkə də biz 2:4, 2:3 hesabıyla uduza da bilərdik. Sadəcə, həmin şanslardan yararlana bilməyincə, bir qədər də riskə getdilər ki, bu da işimizə yaradı. Xüsusilə müdafiəçi Maksim Medvedyevin meydandan alınıb, yerinə hücumameylli Emin İmaməliyevin salınması matçın taleyini həll etdi. Komandamız da məhz “Qarabağ”ın bu səhvlərindən məharətlə yararlandı və böyükhesablı qələbə qazandı. Özünüz də gördünüz ki, son iki qolu məhz Maksimin çıxış etdiyi və onun yoxluğunda boş qalan cinahdan vurduq. Hər şey göz qabağında idi. Eyni şəkildə uduza bilərdik. Amma yenə də deyirəm, biz meydan sahiblərinin öz səhvlərindən daha məharətlə istifadə edə bildiyimiz üçün Quzanlıdan qələbəylə dönən ilk komanda olduq.
- Cüneyt Biçərin gəlişindən sonra komandanız uduzmur. “İnter”lə heç-heçənin ardından iki ardıcıl vacib qələbə qazanmısız. Gözləmək olarmı ki, növbəti mövsümdə də komandanı məhz o çalışdırsın? Yoxsa daha güclü, səviyyəli baş məşqçi gətirmək fikrinizdə israrlısınız?
- Vallah, indidən bu haqda danışmaq bir qədər tezdir. Hər şeyi zaman göstərəcək. Qarşıdakı turlarda, mövsümün sonundakı nəticələrimizdən sonra hər şey ola bilər. Klubumuzun prezidenti hazırda komandanı Cüneyt Biçər, Məqsəd Yaqubəliyev və Yüksək Kepoğluna həvalə edib. Yəni bir növ məşqçilər koalisiyası yaratmışıq. Şükürlər olsun ki, onlar da ümidlərimizi tam doğruldurlar. Heç bir narazılığımız yoxdur. Amma istənilən halda, hər şeyə mayın sonunda klub prezidenti özü qərar verəcək. Komandamıza daha yüksək nəticələr qazandırmağa layiq baş məşqçi olduğunu isbatlaya bilsə, niyə də saxlamayaq?
- Bülənt Qorxmazın gedişinə görə peşman deyilsiz ki?
- Peşmanlıq deyəndə, yaxşı olardı ki, o, ən azı mayın sonuna kimi komandadakı fəaliyyətini davam etdirəydi. Amma bu, onun öz qərarı idi. Getmək istədiyini bildirdi, biz də etiraz etmədik. Onun fikrinə hörmətlə yanaşdıq. Ancaq istənilən halda, komandamızı yarıyolda buraxmasaydı, daha yaxşı olardı.
- Qorxmaz gedəndə demişdi ki,” mən “Bakı”da elə komanda yaratmışam ki, kimi gətirsələr, bu komandanı çempion edə bilər”. Onun bu fikriylə razısınız?
- Vallah, “Bakı”da uzun müddət baş məşqçi işlədi, xeyli işlər gördü. Komandanın da potensialına tam bələddir. Yəqin, nəsə bilir ki, deyir. Razıyam ki, “Bakı”nın hazırkı uğurlarında onun da əməyi var. Mən bunu dana bilmərəm. Ancaq sözlərinin nə dərəcədə doğru olub-olmadığını mövsümün sonu göstərəcək. Görək, onun formalaşdırdığı komanda həqiqətən də kimin baş məşqçi olmasından asılı olmayaraq, qızıl medallara sahib çıxa biləcəkmi?
- Məğər, siz özünüz çempion olacağınıza inanmırsız?
- Təbii ki, inanıram. Sadəcə, Büləntin sözlərinə görə elə dedim. Təki, onun dedikləri doğru çıxsın. Hamımızın istəyi budur. Prinsipcə, çempion olsaq, bu onun üçün də sevindirici olacaq.
- Maraqlıdır, hazırki durumda “Bakı”nın çempionluq şanslarını nə dərəcədə yüksək qiymətləndirirsiz?
- Məncə, hazırda bizdən öndə olan “Xəzər Lənkəran”la “İnter”in nə dərəcədə çempionluq şansı varsa, bizim də o qədər şansımız var. İstənilən halda, 1-3-cü yerlər bu komandalar arasında bölüşəcək. Sadəcə, kimin hansı pillədə qərarlaşacağı dəqiq deyil.
- Onda belə çıxır ki, artiq siz “Qarabağ” və “Neftçi”ni siyahıdan silmisiz?
- Xeyr, onların da şansları qalmaqdadır. Amma ilk 3 pillədəki komandanın daha böyük şansı var. Hər şeyə də ilk “üçlük”dəki komandaların öz aralarındakı oyunlar aydınlıq gətirmiş olacaq. Düşünürəm ki, biz “Xəzər Lənkəran”la “İnter”ə qalib gəlsək, rahatca çempion ola bilərik. Amma aydın məsələdir ki, onlar da çempionluğa oynadığından, bizə təslim olmaq haqda fikirləşmirlər.
- Mövsümün sonuna artıq az qalıb. Transfer çalışmalarına start vermisizmi?
- Bu yöndə müəyyən işlər aparılır. Amma hələ konkret nəsə demək tezdir.
- Bəs bir müddət öncə komandadan gedəcəyi haqda söhbətlər dolaşan Jabanın məsələsi nə yerdədi?
- Onunla da mövsüm bitəndən sonra danışıqlar masası arxasına əyləşəcəyik. Razılaşa bilsək, komandada qalacaq. Biz onun qalmasını istəyirik. Bildiyimə görə, özü də qalmaqda maraqlıdır. Yəqin ki, onunla ümumi dil tapa, komandada saxlaya biləcəyik.
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi