«Xəzər Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadovun Qol.Az-a müsahibəsi
- Ağasəlim müəllim, son matçda «Bakı»ya məğlub oldunuz. Bu məğlubiyyəti gözləyirdinizmi?
- Yox. Çünki bu oyunda meydana yalnız qələbə üçün çıxmışdıq. Öz səhvimiz üzündən son dəqiqədə buraxdığımız qolla məğlub olduq. Futbolda belə hallar olur. Bəzən yaxşı oynayırsan, amma qələbə qazana bilmirsən. Elə hallar da olur ki, pis oyunla belə yaxşı nəticəyə nail olursan. Ümumiyyətlə, bu mövsüm çox sadə toplar buraxırıq. Uzun zamandır ki, bu səhv üzərində işləyirik. Çalışırıq ki, səhvlərimiz üzündən qol buraxmayaq. Hesab edirəm ki, komandada görüləsi işlər hələ çoxdur. Əgər çempion olmaq, Avropada oynamaq istəyiriksə, mütləq bu səhvləri düzəltməli və belə xətalardan dərs çıxarmalıyıq.
- Aldığınız cəzaya görə, son oyunda matçı tribunadan izləmək məcburiyyətində qaldınız. Necə düşünürsünüz, məşqçilər heyətinin başında olmamanız komandanın oyununa hansısa təsir göstərdimi?
- Hesab etmirəm ki, bu amilin məğlubiyyətimizdə hansısa rolu olub. Çünki məşqçi heyəti öz işinin öhdəsindən tam ustalıqla gəlir. Yəni mənim məşqçilər heyətində olub-olmamağımın məğlubiyyətmizdə, oyunumuzda hansısa rol oynamasını düşünmürəm. Bununla yanaşı belə fikirləşirəm ki, baş məşqçi olmayanda komanda daha yaxşı oynamalıdır. Bu, futbolun yazılmamış qaydalarından biridir. Düzdür, məşqçinin öz yerində olması vacibdir. Amma əsas odur ki, oyunçularımız nə istədiklərini, məqsədlərinin nə olduğunu dərk edirlər. Və bu yolda irəliləyirlər.
- Son matçda məğlubiyyət komandaya necə təsir edib? «Xəzər Lənkəran»da əhval-ruhiyyə necədir?
- İstənilən məğlubiyyət komandaya pis təsir edir. Bu planlaşdırılmamış bir məğlubiyyət idi. Hələ də özümüzə gələ bilmirik. Lakin bu gundən etibarən komandada vəziyyət bir qədər düzəlib. Çalışırıq ki, bu məğlubiyyəti unudaq. Bu istiqamətdə müəyyən işlər görürük. Çünki qarşıdakı oyunlarda sərgiləyəcəyimiz oyun birbaşa psixoloji durumumuzdan asılıdır.
- Qələbə qazanılsaydı «Xəzər Lənkəran» birinci yerə çıxa bilərdi. Ola bilərmi ki, ilk pilləyə qalxmaq həyacanı komandanın oyununa, məğlubiyyətinə təsir etsin?
- Açığını desəm, birinci yerin gərginliyi var. Bu amil bütün klublar üçün yetərlidir. Çalışırıq ki, gərginlik olmasın.
- Növbəti turda «Qəbələ» ilə qarşılaşacaqsınız. İlk dövrədə bu komandaya 4:1 hesabı ilə qalib gəlmişdiniz. Lakin o vaxtdan indiyədək çox şey dəyişib. Son matçlarda «Qəbələ» məğlub olmur. Bu oyundan nə gözləyirsiniz?
- Hər zaman «Qəbələ»ni yaxşı komanda kimi qiymətləndirmişəm. Bu komandanın öz yolu var. «Qəbələ» harada oynamasından asılı olmayaraq, öz oyununu ortaya qoyur. Adıçəkilən klubla oyun hər zaman ağır alınır. Hücuma meyilli komandadır ki, bu da matçın daha yaxşı alınmasına imkan yaradır. Lakin bütün bunlara baxmayaraq, məqsədimiz yalnız bu matçdan qalib ayrılmaqdır. Ümidvaram ki, bunu bacaracağıq.
- «Xəzər Lənkəran»ın, eləcə də ilk «altılıq»dakı digər komandaların şanslarını necə qiymətləndirirsiniz?
- Fikrimcə, "altılıq"da olan hər bir komandanın çempionluğa şansları var. Bunu bacarmaq üçün sadəcə sabit çıxış etmək lazımdır. Mənim öz taktikam var. Əgər bunu sona qədər həyata keçirə bilsək, çempion olacağıq.
- Komandanızın oyununu nəzərə aldıqda onu çempionluğa layiq görürsünüz?
- Heç bir komanda ardıcıl olaraq baxımlı oyun nümayiş etdirə bilməz. Bu, istənilən komandaya xas olan xüsusiyyətdir. Elə oyunlar olur ki, komandam çox pis təsir bağışlayır. Amma biz güclü bir kollektivik. Hətta dünyanın bir nömrəli komandası olan «Barselona» belə bütün oyunlarda tam yaxşı çıxış etmir.
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər