“İnter” və “Bakı” çempionluq yolunda qarşımızda duran əsas əngəllərdir”

“İnter” və “Bakı” çempionluq yolunda qarşımızda duran əsas əngəllərdir”
ÖLKƏ FUTBOLU 15 Aprel 2010 / 14:16 2395
-  A +

«Ötən turda «Bakı»ya məğlubiyyət bütün komanda yoldaşlarım kimi, mənə də çox pis təsir bağışlayıb. Amma məğlubiyyəti unutmaq üçün mütləq qarşıdakı matçlarda qələbə qazanmalıyıq». Bu sözləri Qol.Az-a «Xəxər Lənkəran»ın hücumçusu Allan Lalin deyib. Onun sözlərinə görə, «Qəbələ» ilə oyunda komandasının qələbə qazanmaqdan başqa yolu yoxdur. Honduraslı forvardın fkrincə, çempionluq şanslarını çətinə salmamaq üçün belə bir qələbəyə çox ehtiyacları var. Lalin «Xəzər Lənkəran»ın çempionluq şanslarına da toxunub: «Çempion olmaq şanslarımız hələ də var. Çempionatda ikinci yerdəyik. Hesab edirəm ki, çempionluğa ən real namizədlərdən biri məhz elə bizik. Bunu qazana biləcək gücdə olan oyunçularımız da var. Fikrimcə, çempionluq öz əlimizdədir. Çünki «Qəbələ» ilə oyundan sonra «İnter» və «Bakı» ilə evdə qarşılaşacağıq. Təbii ki, hər şey ilk olaraq «Qəbələ» ilə oyundan qələbə ilə dönməkdən aslıdır. Əgər bu oyunda uğur qazansaq, daha sonra «İnter» və «Bakı»nı məğlub etməklə liderliyə yüksələ bilərik. Bu iki komanda çempionluq yolunda qarşımızda duran əsas əngəllərdir. Bu oyunlarda uğur qazanmaq məqsədilə var qüvəmizlə çalışırıq. Çempion olmaq istəyiriksə, belə oyunlarda mütləq qələbə qazanmalıyıq. Bununla yanaşı, çempion olmaq üçün yetərli heyətimiz və bu məsələdə bizi heç zaman yalnız buraxmayacaq güclü azərkeş ordumuz var». Lalin daha sonra Azərbaycan, ölkə futbolu, eləcə də «Xəzər Lənkəran»dakı çıxışı ilə bağlı da öz fikirlərini bölüşüb: «Azərbaycanada olduğum üçün çox xoşbəxtəm və burada olmaqdan şərəf duyuram. Zənnimcə, burada olmaq Tanrının mənə verdiyi böyük bir şansdır. Gözəl insanları olan ölkədə yaşamaq, həmçinin yüksək səviyyədə atmosferi və azərkeşi olan komandada oynamaq məni həddindən artıq şad edir. Oyunuma dəyər verilməsi də mənimçün böyük xöşbəxtlikdir. Hesab edirəm ki, son zamanlar ölkə çempionuatının səviyyəsi daha da artıb. Əvvələr yığmanın çoxsayılı toplanışlarına görə, çempionatda müəyyən fasilələr oldurdu ki, bu da çempionatın axıcılığana təsirsiz ötüşmürdü. Lakin son zamanlar ardıcıl matçların keçirlməsi çempionatın ritmini qaldırmaqla yanaşı, səviyyə və marağı da xeyli artırıb. Bu da heç şübhə yox ki, Azərbaycan milli komandasının səviyyəsinin artmasına imkan yaradır. Belə düşünürəm ki, milli komandanın tez-tez toplanması çox doğru addımdır və bu Azərbaycan futbolunun inkişafına güclü təsir göstərir. Son yoldaşlıq matçlarında Azərbaycan milli komandasının qələbələr qazanması da bu inkişafın bariz nümunəsidir».

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun