“Birinci dəqiqədə vurulan qol bizi “sındırdı” – Davud Kərimi

“Birinci dəqiqədə vurulan qol bizi “sındırdı” – Davud Kərimi
ÖLKƏ FUTBOLU 26 Noyabr 2017 / 12:40 1999
-  A +

“Kəpəz”in qapıçısı Davud Kərimi Topaz Premyer Liqasının 13-cü turunda “Qəbələ”yə 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Danışmağa söz yoxdur. Hər şey göz qabağındadır. Bilirdik ki, “Qəbələ” Gəncəyə istəkli gələcək. Gəncəyə 2 gün qabaqcadan gəlmişdilər. Son 3 oyunda bizə qalib gəlməmişdilər. Çətin olacağını, bizə qarşı aqressiv oynayacaqlarını bilirdik. Amma belə olacağını gözləmirdik. Çox məyusuq. Yunis Hüseynovun debütündə belə məğlubiyyət olmasını istəməzdik. Öz səhvlərimizdən uduzduq.
 
- “Kəpəz” meydanda çox həvəssiz görünürdü. Sanki motivasiya yox idi...

- Əksinə, biz çox istəkli idik. 1-ci dəqiqədə vurulan qol bizi "sındırdı”. Daha sonra mənim səhvim uşaqları ruhdan saldı. İnanıram ki, bundan nəticə çıxarıb növbəti oyunları yaxşı keçirəcəyik.

- Səncə, 1:6 heablı məğlubiyyət ilk oyundakı qələbənin təsadüfi olduğunu göstərmədi?

- Xeyr, onlar həmin oyunda da istəkli idilər. Hər məğlubiyyət bizi aşağı aparır. Odur ki, son pillədən qurtulmaq üçün “Qəbələ”dən xal almaq arzusunda idik. Alınmadı. Yunis müəllimin gəlişinə görə uduzmaq istəmirdik.

- "Kəpəz” ətrafında son vaxtlar müxtəlif söz-söhbətlər gəzir. Bu mənada, komandada vəziyyət necədir?

- Bunların futbolçulara heç bir aidiyyatı yoxdur. Düzdür, bizə baş cür təsir elədi. Ancaq bu, yuxarı səviyyədə olan hadisələrdir. Şahin Diniyevin gedişindən sonra yeni nəfəs lazım idi.

- Yunis Hüseynov oyundan komandaya nə dedi?

- Bildirdi ki, bu oyunu unudaq. Qaşıda başqa oyunlarımız var. Bizə söz verdi ki, bu komanda ilə həmin "Qəbələ”yə qarşı yaxşı oyun nümayiş etdirəcəyik. Bütün komandalara qarşı başağrısı olacağıq.

- Adına yaraşmayan qollar buraxdın. Bununla bağlı nə deyə bilərsən?

- 2-ci qolda kobud səhvə yol verdim. Topu tez tutaraq oyuna başlamaq istədim. Lakin top əlimdən çıxdı və rəqibin qarşısına düşdü. O da topu qapıdan keçirdi. 4-cü qolda kobud səhvimin olduğunu deməzdim. Qabaqda durmuşdum, müdafiəçimizin səhvindən sonra Dabo topu başımın üstündən atdı.

- Buraxılan erkən qoldan sonra komandada ruh düşkünlüyü yarandı…

 - Yunis müəllimin ilk oyununda uduzmaq istəmirdik. Görüşə məsuliyyətli yanaşırdıq. Sonuncu yerdəyik. Rəqiblərimizdən aralanmaq istəmirik. Xal qazanıb Yunis müəllimə hədiyyə etmək istəyirdik. İlk qol pis təsir etdi. Ardınca da mən səhv etdim.

- "Kəpəz” yeni qazonda istədiyi kimi oynamır. Ancaq kələ-kötür stadionda klublara başağrı olurdunuz. Belə çıxır ki, "Kəpəz” normal meydanda futbol oynaya bilmir?

- Mən də fikirləşirəm ki, bu stadionda ötən mövsüm ancaq "Qarabağ”a uduzmuşduq. Rəqiblər Gəncədən 3 xalla qayıtmırdı. Özümüz də məəttəlik ki, nə baş verir. İnanıram ki, yaxşı nəticələr qazanacağıq. 3 futbolçumuzun olmaması da öz təsirini göstərdi.

- Yunis Hüseynovla Şahin Diniyevin məşqlərin, oyun fəlsəfələrində nə fərq var?

- Şahin müəllim müdafiədən oyun qururdusa, Yunis Hüseynov hücumameyilli futbol istəyir.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu