"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasının 13-cü turunda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- "Kəpəz"lə oyunlarımız həmişə çətin keçib. Bu stadionda heç vaxt asanlıqla xal götürməmişik. Ona görə oyuna çox ciddi hazırlaşmışdıq. Bu da sonda öz nəticəsini verdi.
- Bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- Açığı, hesabın belə olacağını biz də gözləmirdik. Udmağımız hardasa gözlənilən idi, amma 6:1 hesabı hamı üçün sürpriz oldu.
- "Kəpəz" kimi komandaya Qəbələdə necə uduzmuşdunuz?
- Nə bilim. Futbolda belə şeylər olur. Həmin oyun bizdə alınmamışdı. Meydana da rahat çıxmışdıq.
- "Kəpəz"in köhnə meydanı olsaydı, bu qədər rahat qələbə qazana bilərdiniz?
- Köhnə meydan olsaydı, bəlkə yenə də bizə çətin olardı. Bu, Azərbaycanda ən yaxşı stadionlardan biridir. Sağ olsunlar ki, belə bir şərait yaradıblar.
- Səncə, "Qəbələ"nin çempionluq yarışında "Qarabağ"a çatacağı real görünürmü?
- Əlbəttə ki, real görünür. Arada 3 xallıq fərq var. Düzdür, "Qarabağ" bir oyun az keçirib. Amma hər şey hələ qabaqdadır.
- Amma əvvəlcə "Zirə"ni keçmək lazımdır...
- Düzdür, əvvəlcə "Zirə"ni keçməliyik. Qarşıda 15 oyun var. Hər şey ola bilər.
- Sabah ilk iki pillədə qərarlaşan "Qarabağ" və "Zirə" klubları üz-üzə gələcəklər. Həmin görüşdə hansı nəticəni arzulayardın?
- Biz daha çox öz oyunumuza baxırıq. Ancaq heç-heçə oynasalar, daha yaxşı olar.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"