Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün jurnalistlərlə görüşüb. Qol.Az saytının məlumatına görə, 64 yaşlı alman mütəxəssis milli komandanın mətbuat üçün açıq məşqindən sonra media nümayəndələrinin suallarını cavablayıb.
- Unibank Premyer Liqasının son turu çərçivəsində Bakıda keçirilən oyunlarını izlədiniz. Maraqlıdır, bölgələrdəki oyunlarda sizi niyə görə bilmirik?
- Oyunların hamısı saat 16:00-da başlayır. Bütün oyunlara neçə baxım? Əgər oyunlar eyni vaxtda başlamasaydı və məsafə uzaq olmasaydı, rayondakıları da izləyərdim. Vaxt qıtlığından Bakıdakı görüşlərə baxdım. Əvvəlki turda Ağdamda keçirilən “Qarabağ” – “İnter” görüşünü izləmişəm. Ondan da əvvəl 3-4 dəfə “Qəbələ”nin oyunlarına baxmışam.
- İzlədiyiniz oyunlara əsasən hansı komandanın çempionluğa yaxın hesab edirsiniz?
- Həm nümayiş etdirdiyi futbola, həm də heyətinə görə ən çox “İnter”in çempion olmaq şansını görürəm. Baxmayaraq ki, son turda Qəbələdə 2 xal itiriblər. “Xəzər-Lənkəran” ötən həftə liderliyi ələ almaq üçün yaxşı fürsət əldə etmişdi. Ancaq bundan istifadə edə bilmədi. Gələcək üçün itirilən xallar “Xəzər-Lənkəran”a çətinlik yaradacaq.
- Vaqif Cavadov “Tvente”yə transfer olsa da, zədələnərək bir müddət yaşıl meydanlardan kənarda qaldı. Artıq komanda ilə birgə məşqlərə başlayıb. Siz Vaqif Cavadovla əlaqə saxlayırsınızmı?
- Onunla əlaqə yaradıram. Həmçinin müntəzəm olaraq onun baş məşqçisi Stiv Maklarendən Vaqif haqda məlumat alıram.
- Mahir Şükürovun oyununu necə dəyərləndirirsiniz? Qarşıdakı turlarda onun oyununu canlı izləmək kimi planınız varmı?
- “Anji”nin evdə MOIK ilə keçirdiyi oyunu stadiondan izləmək fikrim var idi. Bunun üçün bilet sifarişi belə vermişdim. Hər şey hazır idi. Ancaq onun əvvəlki turda qırmızı vərəqə alması planları dəyişdi. Bəli, fikrim var ki, qarşıdakı turlarda Mahirinin oyununu canlı izləyim. Bilsəm ki, Mahir yüz faiz oynayacaq, oyunun Mahaçqalada və ya səfərdə olmasına baxmayaraq, stadiondan baxmağa gedəcəyəm.
- Berti Foqtsun milli komandaya baş məşqçi təyin olunmasından sonra ən təqdirəlayiq işi heyətə gəncləri cəlb etməsidir. Həmin gənc futbolçulardan hansıların oyunu sizi daha çox qane edir?
- Çox yaxşı sualdır. Təəssüf ki, bu suala mətbuat vasitəsilə cavab verə bilməyəcəyəm. Çünki cavan futbolçuları tərifləyən özlərindən razı olurlar. Ertəsi məşqdə verdiyim tapşırıqları tam yerinə yetirmirlər ki, onsuz da baş məşqçi məndən razıdır. Bunu etməsəm də olar. Bugünkü heyət Azərbaycan milli komandasının gələcək 10 illik özəyini təşkil edir. Çünki cavan oyunçular mətbuatı izləyirlər. Əgər onlar haqda müsbət fikir bildirsəm, özlərini arxayın olacaqlar, razı qalacaqlar. Məhz bundan sonra məşqi dəqiq yerinə yetmirlər, yetərincə məşqdə can yandırmırlar və s. İki oyunçu var, hansı ki, onlarla Almaniyada ciddi söhbətim olacaq. Onlar elə düşünməməlidirlər ki, əgər bir dəfə milliyə dəvət olunublarsa, mütəmadi olaraq çağırılacaqlar. Yığmada oynamaq üçün, oyunlarda məşqlərdə özünü göstərmək lazımdır.
- Çempionatla bağlı fikirlərinizi bilmək istərdik. Ötən mövsümlə müqayisədə irəliləyiş hiss olunur? Yəni, gərginlik artıb, yoxsa azalıb?
- Cari mövsüm keçirilən çempionatın formatından razı deyiləm. Yaxşı olardı ki, komandalar ildə 2 dəfə qarşılaşsınlar. İndiki sistemdə birinci “altılığ”ı başa düşmək olar. Ancaq ikinci “altılıq”da komandalar nəyə görə oynayırlar, maraqları nədir, bilmək olmur. Bu da oyunlarda özünü göstərir. Mənə elə gəlir, bu ilki sistem özünü doğrultmur. Məndə olan məlumata görə, növbəti mövsümdən əvvəlki sistemdə keçiriləcək.
- Çempionatda neçə komandanın mübarizə aparmasını istərdiniz?
- 12 komanda, 2 dövrəli sistem. Çempionatdan başqa kubok oyunlarının bir görüş olsa daha yaxşı olar. Belə oyunlarda sürpriz nəticələr görə bilərik. Ölkə kubokundan əlavə liqa kubokunun keçirilməsi də ola bilər. Ölkə kubokunda 2 oyun olur, həm evdə, həm də səfər. Belə görüşlərdə sürpriz nəticələr az olur. Məncə, kubok görüşləri bir oyundan ibarət olsa, sürpriz görə, zəif bir komanda güclünü məğlub edə bilməsini görə bilərik.
- Seleksiya xarakterli təlim-məşq toplanışına dəvət etdiyiniz siyahıda diqqətdən kənar qalan futbolçular oldumu? Misal üçün, U-21-in kapitanı Nodar Məmmədovun adına rast gəlmədik...
- Əgər oynasaydı, onu çağırardım. Hansı futbolçular diqqətimi cəlb edib onları çağırmışam. Onlardan əlavə, 3 futbolçu U-19-un heyətində elit raundda iştirak etdiklərini görə gələ bilmirlər.
- Qarşıdan dünya çempionatı gəlir. DÇ-yə gedəcəksinizmi, gedəcəksinizsə, işiniz nədən ibarət olacaq?
- Bəli, gedəcəyəm. İlk növbədə Almaniya millisinin qrupda keçirəcəyi ilk iki oyunu izləyəcəyəm. Çünki bu Almaniya millisini turnir şəraitində oyununa baxmaq üçün yeganə imkandır. Ümid edirəm ki, bizi maraqlı dünya çempionatı gözləyir.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi