Ölkəmizin birnömrəli idman arenası olan Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Sovet Sosialist Respublikasının gerbi hələ də qalmaqdadır. Dövlət müstəqilliyimizi 21 ilə yaxındır ki, bərpa etsək də, sovetlərdən qalma gerbin stadiondan yığışdırılmaması təəccüb doğurmaya bilməz. Ölkə mediasında bu məsələyə dəfələrlə toxunulsa da, hələlik gerb yerində qalmaqdadır.
Düzdür, stadionun içəri hissəsində sovet gerbi dəyişdirilərək müstəqil Azərbaycanın gerbi ilə əvəzlənib. Bəs, arenanın əsas girişində gerbin əvəzlənməsinə nə mane olur?
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib ki, UEFA bu idman qurğusunu hazırkı vəziyyətdə qəbul edib: «UEFA oyunların stadionda keçirilməsinə icazə verəndə arenanın memarlıq üslübuna da baxıb və qəbul edib. Avropa futbol təşkilatına sənədləri göndərəndə orada memarlıqla bağlı məsələlər də yer alıb. Bu mənada, gerbin dəyişdirilməsi üçün UEFA-ya müraciət etmək və stadionda aparılacaq təmirlə bağlı onları məlumatlandırmaq lazımdır».
A.İsmayılovun sözlərinə görə, problemi aradan qaldırmaq çətin deyil: «Sadəcə olaraq, stadionda sovetlərdən qalma rəmzlərin dəyişdirilməsi üçün vaxt lazımdır. Bildiyiniz kimi, hazırda çempionatın oyunları gedir, sonra avrokubok matçları başlayacaq. Həmin işlərə başlamaq üçün stadion təmirə bağlanmalıdır. Amma hazırkı vəziyyətdə Bakıda bizim beynəlxalq oyunları qəbul etməyə ikinci belə stadionumuz olmadığından hələlik gözləməliyik. Birdə ki, bu gün biz həmin məsələyə görə UEFA-ya müraciət etsək, onlar başqa şərtlər irəli sürə bilərlər. Bu da əlavə vaxt itkisidir. Bizim stadionla bağlı digər başqa planlarımız da var. Məsələn, istəyirik ki, oyunların gedişatını elektron tabloda da izləmək mümkün olsun. Amma UEFA buna görə lisenziya tələb edir».
Akif İsmayılov bu məsələləri cari ildə həll etməyə çalışacaqlarını söyləyib. O. yaxın vaxtlarda bununla əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədovla görüşünün gözlənildiyini də bildirib: «Oturub məsləhətləşəcəyik, nə lazımdırsa, edəcəyik».
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda olmadığından onun məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə bunu ciddi problem saysa da, stadionun AFFA-nın balansında olmadığını xatırladıb. O, bu sahədə görüləcək işlərlə bağlı yalnız baş katib Elxan Məmmədovun söz deyə biləcəyini vurğulayıb.
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə