“Kəpəz”in braziliyalı futbolçusu Dedimar Ferreyra Qol.az-ın suallarını cavablandırıb. Komandasının bu mövsümdəki çıxışını dəyərləndirən müdafiəçi Topaz Premyer Liqanın son turunun “Qarabağ”la oyununda komanda yoldaşı Viktor Oseqeylin “fair-play” hərəkətinə də münasibət bildirib.
- 11 turdan sonra “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Uğursuz çıxışın səbəbini nədə görürsən?
- Çox çətin vəziyyətdi. Bunda komandanın gənc olmasının da rolu var. Oyunun müxtəlif hissələrində təcrübəmiz çatmır. Bir çox oyun olub, hansı ki, qələbə qazana bilərdik. Ancaq təcrübəsizlik və ələ düşən imkanlardan istifadə edə bilməmək məğlubiyyətə gətirib çıxarır.
- Səncə, “Kəpəz” bu heyət və oyunla mövsümün sonunda Premyer Liqada qala biləcək?
- Biz də bu vəziyyətdən çıxmağa və gedişatı dəyişməyə çalışırıq. Axırıncı 5 komanda arasında xal fərqi azdı. Bu, uzun yarışdı. Hər şey ola bilər. Bu gün biz sonuncu pillədəyik. Ancaq 2-3 oyundan sonra “İnter” və “Səbail”dən öndə ola bilərik. Oyun vaxtı əlimizə düşən imkanlardan istifadə etməliyik. Hər oyunda yaxşı fürsətlərimiz olsa da, bundan necə yararlanacağımızı bilmirik. Məsələn, son oyunda “Qarabağ” 2 fürsət yaxaladı, ikisində də qol vurdu.
- Necə düşünürsən, “Kəpəz”in hazırkı vəziyyətdən çıxması üçün yeni transferlərə ehtiyacı varmı?
- Yaxşı komandamız, futbolçularımız var. Daha çox qələbə qazanmaq vərdişlərimizi artırmalıyıq. Çünki komandamız heyət baxımından pis deyil.
- “Qarabağ”la oyun daha çox Viktor Oseqeylin “fair-play” hərəkəti ilə yadda qaldı. Komanda yoldaşının hərəkətini sən necə qarşıladın?
- Penalti epizodu oyunun bir hissəsidi. Bu, Viktorun günahı deyildi, hakimin səhvi idi. Penaltini vurmalıydıq. Mən belə şeyləri xoşlamıram. Qələbə qazanmağı daha çox sevirəm. Biz penaltini vurmaqdan imtina etdik. Rəqib isə bununla bağlı hakimə heç nə demədi. Ümumiyyətlə, bu cür şeylər futbolun bir hissəsidi.
- Bəs oyundan sonra bununla bağlı Oseqeyllə danışdın?
- Hə, oyundan sonra onunla söhbət elədim. Ancaq artıq bunlar geridə qaldı. Qarşıda “Səbail”lə oyun var. Onları məğlub etməliyik.
- Maraqlıdı, komanda yoldaşına nə dedin?
- Ona izah elədim ki, hakimə nəsə demək lazım deyil. Çünki hakim səhvləri də futbolun bir hissəsidi. Bəlkə də penaltini qola çevirib, qələbə qazana bilərdik.
Elnur SALAHOV
Hakimi "Real"a keçir?
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı