“Zirə”nin qanalı hücumçusu Riçard Qadze Qol.az saytına müsahibə verib. 5 qolla bombardirlər siyahısında yer alan 23 yaşlı forvard komandasının çıxışından, çempionluq şanslarından və Azərbaycandakı həyat tərzindən danışıb.
- Topaz Premyer Liqasının XI turunda “Neftçi”ni məğlub etdiniz. Qələbə topunu isə sən vurdun…
- Hə, çox çətin oyun oldu. “Neftçi”nin ardıcıl 4 oyunda qələbə qazandığını bilirdik. Buna baxmayaraq, biz meydandan maksimum nəticə ilə ayrılmaq üçün daha istəkliydik.
- “Neftçi” son oyunlarda “Zirə”ni məğlub edə bilmir. Bunun sirri nədədir?
- Mənə görə, bütün oyunlar çətindi. Biz hər bir matça taktiki intizamla yanaşırıq. Meydana elə bir oyun üslubu ilə çıxırıq ki, rəqiblərimiz bunu çözə bilmirlər. Yenə deyirəm ki, burda əsas pay sahibi məşqçilər heyətidir.
- Hazırda 5 qolla çempionatda ən sərrast hücumçulardan birisən. Ümumiyyətlə, mövsümün əvvəlində bombardirlər siyahısında olacağını gözləyirdinmi?
- Əlbəttə, bu, mənim üçün sürpriz olmadı. Çünki daim öz üzərimdə işləyirəm. Bunu həm komandam, həm də özüm üçün edirəm. Həqiqətən məşqlərdə çox çalışıram. Mənə kömək olduqları üçün texniki heyətə də minnətdarlığımı bildirirəm.
- Azərbaycan çempionatında qol vurmaq asandı, yoxsa çətin?
- Premyer Liqada nəinki qol vurmaq, oynamaq çox çətindi. Bütün komandalarda güclü müdafiə xətti var ki, bu da qol vurmağı çətinləşdirir. Fikir verirsinizsə, adətən oyunlarda 1 qol vururam. Dubl və ya het-trik edə bilmirəm.
- Necə düşünürsən, “Zirə” artıq çempionluq uğrunda mübarizə apara bilər? Hazırkı heyət buna imkan verir?
- İndi bu sualı mənə vermək çox tezdi. Mövsüm hələ qabaqdadı. Sadəcə onu deyə bilərəm ki, biz yenə də çox çalışacağıq və hər oyuna eyni ciddiyətlə yanaşacağıq.
- “Zirə”dən əvvəl Hindistan və Finlandiyada oynamısan. Həmin ölkələrin çempionatları ilə Premyer Liqanı necə müqayisə edərdin?
- Fərq yalnız azarkeş dəstəyindədi. Hər iki ölkədə fanatlar komandalarının oyunlarına böyük maraq göstərirlər. Azərbaycanda isə hər bir komanda yaxşı oyun göstərsə də, stadionda çox azarkeş görmürük.
- Ötən mövsümün yarısından Azərbaycanda çıxış edirsən. Burda uzun müddət qalmağı düşünürsən, yoxsa Premyer Liqaya tramplin kimi baxırsan?
- Azərbaycan Premyer Liqası karyeram ərzində çıxış elədiyim ən qəliz çempionatdı. Əlbəttə, gələcəkdə İngiltərə Premyer Liqasına getsəm, mənim üçün fantastik olar. Bu, təkcə İngiltərə yox, digər Avropa ölkələri da ola bilər. Adətən təklif gələndə harada oynayacağıma tez qərar verirəm. İndiki məqamda isə oynadığım ölkədən və klubdan məmnunam. Burda özümü rahat hiss edirəm.
- Bir ilə yaxındır Azərbaycanda yaşayırsan. Bakıda ən çox nəyi bəyənirsən və nədən xoşun gəlmir?
- İndiyə qədər Azərbaycanın bir çox bölgələrini gəzmək şansım olub. Həqiqətən deyə bilərəm ki, hələ xoşuma gəlməyən şeylərlə rastlaşmamışam. Ancaq qürurla deyə bilərəm ki, Azərbaycan sülhsevər, unikal ölkələrdən biridir. Sizin adət-ənənlərinizi və mədəniyyətinizi çox sevirəm.
Elnur SALAHOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində