Qol.Az saytı bu gündən etibarən yeni rubrika açır. «İş adamları və futbol» adlı bu rubrikamızda Azərbaycanın tanınmış şirkət rəhbərlərinin futbolla bağlı fikirlərini oxuculara təqdim edəcəyik.
Bu qəbildən ilk müsahibəmiz Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən önəmli qurumlardan biri, “Ultra” şirkətinin prezidenti Tahir Mirkişilidir.
- Tahir müəllim, Azərbaycan futbolu haqda hansı informasiyanız var?
- Mənim lap kiçik yaşlarımdan futbola marağım böyük olub. Ona görə də bir çox oyunları daim izləmişəm.
- Şirkətinizin futbolla bağlı hər hansı bir qurumla əməkdaşlığı varmı? Yaxud gələcəkdə bu kimi layihələr həyata keçirməniz mümkündürmü? Məsələn, bir çox bank Azərbaycan Premyer Liqasına, digər çempionatlara sponsorluq edir.
- Bizim şirkətin öz komandası var, müəyyən turnirlərdə iştirak edirik. Biz futbolu eyni zamanda şirkət daxili korporativ komanda qurmaq vasitəsi kimi də istifadə edirik. Ancaq hələlik hansısa futbol qurumlarıyla böyük əməkdaşlıq qurmamışıq.
- Şirkətinizin komandası varsa, deməli, boş vaxtlarınızda futbol oynayırsınız…
- Təbii ki, hər həftə sonu çalışırıq futbol oynayaq. Şirkət əməkdaşları ilə birlikdə 2 komanda yaratmışıq. Elə çox vaxt bir-birimizlə futbol oynayırıq.
- Şəxsən siz daha çox hansı mövqedə çıxış edirsiniz?
- Hücumda və yarımmüdafiədə oynamağa üstünlük verirəm. Qapıda durmağı və müdafiə olunmağı isə bacarmıram.
- Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsinizmi?
- Mütəmadi izləmək imkanım olmur. Vaxt tapanda bəzi hallarda izləyirəm.
- Yerli klublarımızdan hansına azarkeşlik edirsiniz?
- Konkret azarkeşlik etidiyim bir klub yoxdur. Hər bir klubumuzun uğuruna sevinirəm.
- Millimizin futbolçularından tanıdığınız, dostluq etdiyiniz kimsə varmı?
- Yığma üzvlərinin çoxunu üzdən tanıyıram. Çünki millinin demək olar bütün oyunlarını izləyirəm. Şəxsi tanışlığım isə yoxdur.
- Sonuncu dəfə stadionda nə zaman olmusunuz?
- Sonuncu dəfə 2009-cu ilin avqust ayında stadionda olmuşam. Onda Azərbaycan millisi Almaniyanı qəbul edirdi.
- Sizcə, Azərbaycanın ən güclü futbolçusu kimdi?
- Məncə, Vaqif Cavadov hazırkı futbolçularımız arasında daha istedadlı və bacarıqlısıdır. Öz üzərində daha da yaxşı işləsə, nəinki ölkəmizdə, ölkəmizdən kənarda da böyük populyarlıq qazana bilər.
- Necə düşünürsünüz, Azərbaycan futbolunu inkişaf etdirmək üçün nələrə ehtiyac var?
- Peşəkarlıq, sistemlilik, ardıcıllıq və yüksək təlim. Məncə, məhz bu amillərə lazımi dərəcədə önəm verilsə, çox şeyə nail ola bilərik. Təsəvvür edirəm ki, futbolda yüksək nəticəyə sahib olmaq üçün Azərbaycan futbolunda hələ çox iş görmək lazımdı.
- Futboldan başqa maraqlandığınız, məşğul olduğunuz idman növü hansılardır?
- Bəzən stend atıcılığı, tennis və üzgüçülüklə də məşğul oluram.
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi