"Çelsi"də ciddi itki - Azar əməliyyat olundu

"Çelsi"də ciddi itki -  Azar əməliyyat olundu
XƏBƏR 16 İyun 2017 / 15:07 2443
-  A +

“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar əməliyyat olunub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir neçə gün əvvəl məşq zamanı ayağı qırılan 26 yaşlı futbolçu dünən əməliyyat edilib.

Belçika millisinin üzvü ən yaxşı halda oktyabrda meydana çıxa bilər. Bu isə komandanın aparıcı futbolçusunun mövsümün ilk 7 oyununu buraxması deməkdir. O, həmçinin Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu da kənardan izləməli olacaq.
 
Qeyd edək ki, Eden Azar ötən mövsüm London klubunun heyətində 43 oyunda 17 qol vurub.

Son xəbərlər
topaz banner