"Mbappe 120 milyon avro dəyərində deyil"

"Mbappe 120 milyon avro dəyərində deyil"
XƏBƏR 16 İyun 2017 / 14:45 4681
-  A +

“Barselona”nın sabiq futbolçusu Erik Abidal “Monako”nun hücumçusu Kilian Mbappe haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatına açıqlama verən fransalı veteran futbolçu həmyerlisinə həddindən çox qiymət qoyulduğunu deyib:

“Mbappe yaxşı futbolçudur, ancaq 120 milyon avro dəyərində deyil. Düşünürəm ki, transfer mövzusunda yaxşı fikirləşməlidir. Daha çox oynayacağı komandaya keçməlidir”.

Hazırda "Barselona"nın səfiri vəzifəsində çalışan Abidal Mbappenin Kataloniya  klubuna gərək olmadığını əlavə edib: "Barselona"ya Mbappe yox, Dortmund “Borussiya”sının hücumçusu Usman Dembele daha faydalı olar".

Qeyd edək ki, K. Mbappe bu mövsüm "Monako"nun heyətində 46 matçda 26 qol vurub.

Son xəbərlər
topaz banner