"Fənərbaxça"dan 3-cü transfer - rəsmi

"Fənərbaxça"dan 3-cü transfer -  rəsmi
XƏBƏR 16 İyun 2017 / 13:34 6205
-  A +

Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Monako"nun yarımmüdafiəçisi Nabil Dirarla razılığa gəlib. 

Mərakeşli yarımmüdafiəçinin bu gün İstanbula gedərək müqavilə imzalayacağı açıqlanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2012-ci ildən knyazlıq klubunda çıxış edir. Nabil Dirar 2008-ci ildən Mərakeş yığmasına çağırılır. O, millidə 25 oyunda 2 qol vurub.

Xatırladaq ki, "Fənərbaxça" buna qədər Matyu Valbuena və Mehmet Ekicini də heyətinə cəlb edib.

Son xəbərlər
topaz banner