Taşçı “Trabzonspor”la anlaşdı

Taşçı “Trabzonspor”la anlaşdı
XƏBƏR 16 İyun 2017 / 01:05 2889
-  A +

Sərdar Taşçı Moskva “Spartak”ını tərk edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, türk əsilli müdafiəçi “Trabzonspor”da forma geyəcək.

Şənbə günü Taşçı Trabzona gələcək və yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun yeni iş yerindəki illik qazancı 2 milyon avro təşkil edəcək.

Sərdar Taşçının “Spartak”la hazırkı müqaviləsi 2018-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl təcrübəli futbolçunun Moskva klubu ilə müqaviləsini daha 2 illiyinə uzadacağı barədə xəbərlər yayılmışdı.

Son xəbərlər