PSJ Obameyanqdan imtina etdi

PSJ Obameyanqdan imtina etdi
XƏBƏR 16 İyun 2017 / 00:31 3576
-  A +

Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqın PSJ-yə transferi baş tutmayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşmışdı və tərəflər 70 milyon avroya razılıq əldə etmişdilər.

PSJ tərəfdən danışıqları idman direktoru Patrik Kluyvert aparırdı. Razılığa əsasən, Obameyanq yeni klubu ilə 4 illik müqavilə imzalayacaq və hər ilinə 14 milyon avro qazanacaqdı. “Borussiya”ya isə 70 milyon avro ödənilməliydi. 

Lakin Kluyvertin PSJ-dən ayrılmasınan sonra keçid reallaşmayıb. Belə ki, Paris klubunun yeni direktoru Anteru Enrike Obameyanqın transferi üçün 70 milyon avro ödənilməsinə razılaşmayıb.

Bundan sonra Frana təmsilçisi əsas diqqəti Aleksis Sanbçesin keçidinə yönəldib.

Daha çox


Son xəbərlər