Torres 12 milyonluq təklifdən imtina etdi

Torres 12 milyonluq təklifdən imtina etdi
XƏBƏR 14 İyun 2017 / 18:36 4116
-  A +

“Atletiko”nun futbolçusu Fernando Torres yaxın günlərdə Madrid klubu ilə müqavilə imzalayacaq.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın “As” qəzeti xəbər yayıb.

Bildirilir ki, 33 yaşlı hücumçu “Atketiko”ya görə Meksikanın “Keretaro” klubunun cəlbedici təklifini rədd edib. Meksikanın yüksək liqasında çıxış edən klub ispaniyalı futbolçuya ilinə 12 milyon avro təklif edib. O isə yetirməsi olduğu klubda qalmağı üstün tutub.

Torresin yaxın günlərdə “Atletiko” ilə 1 illik müqavilə imzalayacağı gözlənilir.

Daha çox


Son xəbərlər