“Feyenord”u “Başakşehir”ə dəyişdi

“Feyenord”u “Başakşehir”ə dəyişdi
XƏBƏR 14 İyun 2017 / 01:43 4448
-  A +

Son mövsüm Türkiyə Superliqanın gümüş medallarını qazanan “Başakşehir” transfer çalışmalarını davam etdirir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Feyenord”un yarımmüdafiəçisi Eljero Elianı heyətinə qatıb.

Surinam əsilli hollan futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu keçid “Başakşehir”ə 1,2 milyon avroya başa gəlib.

Qeyd edək ki, Elias daha əvvəl “Tvente”, “Hamburq”, “Yuventus”, “Verder” və “Sautgempton” kimi klubların formasını geyib.

Daha çox


Son xəbərlər