Sabiq “Qarabağ”lı millimizin rəqibini məyus etdi

Sabiq “Qarabağ”lı millimizin rəqibini məyus etdi
XƏBƏR 14 İyun 2017 / 00:00 5910
-  A +

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Norveç yığması bu gün yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Norveç millisi İsveçlə üz-üzə gəlib. Osloda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

44-cü dəqiqədə Norveç Elyounoussinin qolu ilə hesabda önə keçsə də, qələbə hesabını qorumaq mümkün olmayıb. Meydana daxil olduqdan 13 dəqiqə sonra “Qarabağ”ın keçmiş hücumçusu Samuel Armenteros fərqlənib.

Larrsonun ötürməsini qola çevirən 27 yaşlı forvard bununla da İsveç millisini yenilgidən xilas edib.

Qeyd edək ki, Armenteros 2015-2016 mövsümündə formasını geydiyi Ağdam klubunda keçirdiyi 23 oyunda 7 qol vurub.

Son xəbərlər
topaz banner